Elman Rüstəmov: "Məlum 4 bankın hamısının kapitalı mənfidir" » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |    

Elman Rüstəmov: "Məlum 4 bankın hamısının kapitalı mənfidir"

"Azərbaycan Mərkəzi Bankının (AMB) lisenziyasını ləğv etdiyi "Amrah Bank" və "Atabank"ın, eləcə də hazırda inzibatçıların nəzarətində olan "AGBank" və "NBC Bank"ın hamısının kapitalı mənfidir".

Median.Az
xəbər verir ki, bunu AMB-nin sədri Elman Rüstəmov REAL TV-nin efirində bildirib.

"Azərbaycan qanunvericiliyinə görə, yeni fəaliyyətə başlayan bankın nizamnamə, fəaliyyətdə olan bankın isə məcmu kapitalı 50 milyon manatdan az olmamalıdır. Halbuki, həmin 4 bankda bu göstərici mənfidir, yəni kapital çatışmazlıqları mövcuddur. Bu da o deməkdir ki, onların normal fəaliyyəti üçün 50 milyon manatdan da çox vəsait tələb olunur.

Məsələn, maliyyə hesabatlarında özünü normal bank kimi təqdim edən "Amrah Bank"ın kapitalı mənfi 77 milyon manatdır. Deməli onun normal fəaliyyətinə 127 milyon manat lazımdır. "Atabank"da isə kapital göstəricisi 214 milyon manatdır. Bu da onun normal fəaliyyəti üçün 264 milyon manatın lazım olması deməkdir. Bu banklar ödəniş qabiliyyətini tamamilə itirib, halbuki, onlarda əhalinin təxminən 400 milyon manat əmanəti var, onları qaytarmaq lazımdır. Bankların problemli kreditlərinin xüsusi çəkisi ölkə üzrə orta göstəricidən dəfələrdə çoxdur (müvafiq olaraq 40% və 88%). Odur ki, lisenziyaların ləğv edilməsinə qərar verilib", - deyə o, qeyd edib.

"AGBank" və "NBC Bank"da gəlincə isə onların da vəziyyəti digər banklardan ciddi fərqlənmir. Məsələn, "AGBank"ın kapitalı mənfi 145 milyon manat, "NBC Bank"ın kapitalı isə mənfi 23 milyon manatdır. Deməli onların normal fəaliyyətinə müvafiq olaraq 195 milyon manat və 73 milyon manat lazımdır. Hər iki bankın likvidliklər bağlı ciddi problemləri var, artıq bizə siqnallar daxil olurdu ki, onlar öhdəliklərini yerinə yetirə bilmirlər. Onlarda problemli kreditlərin xüsusi çəkisi də yüksəkdir (müvafiq olaraq 54% və 32%)", - deyə E.Rüstəmov əlavə edib.//report.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 272 06.05.20 22:20