"Beşiktaş"ın almaniyalı qapıçısı Loris Karius klubdan ayrılıb.
Median.Az Trend-ə istinadən bildirir ki, buna səbəb kimi futbolçunun maaşının vaxtında və tam həcmdə verilməməsi göstərilir. Qeyd edək ki, 26 yaşlı qolkiper bundan əvvəl komandadan FİFA-ya şikayət məktubu göndərmişdi. Ali qurum onun müraciəti ilə bağlı danışıqların başlanmasını bildirmişdi.
Beləliklə, müəyyən araşdırmalardan sonra Loris Karius və "Beşiktaş" rəhbərliyi qarşılıqlı razılma əsasında yollarını ayırıblar.
Kariusun transferi "Liverpul" klubuna məxsusdur. İstanbulda icarə əsasında çıxış edən qapıçı yenidən İngiltərəyə dönəcəyini deyib.