“Sahibkarlara dövlət tərəfindən verilən dəstəyin aprel və may aylarında reallaşdırılması nəzərdə tutulub. Çünki karantindən çıxma dövründə iqtisadi fəallıq dərhal bərpa edilməyəcək”.
Median.Az-ın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən tövsiyələr verilərkən müəyyən variantlar nəzərə alınıb:
“Karantin rejiminin yumşaldılması ilə bağlı tövsiyələrdə ticarət, istehsalat müəssisələrində minimal sayda işçilərin işə cəlb edilməsi qeyd edilib. Bu, sanitar-epidemioloji qaydalardan irəli gələn məsələdir”.
“Belə olan şəraitdə fəaliyyət tam həcmdə bərpa edilmədiyi üçün bu, müəssisələrin işgüzar aktivliyinə, müştəri və həyata keçirilən əqdlərin saylarına da təsir göstərəcək”, - deyə nazir qeyd edib.//oxu.az