“Bank kreditləri işsiz adamlara deyil, işləyənlərə verilir”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O, bank kreditlərinə güzəştlər barədə sualları da cavablandırıb:
“Tədbirlər Planında pandemiya ilə əlaqədar yaranmış vəziyyətdə maaş almayan şəxslərə yardım nəzərdə tutulub. Bundan başqa, kiçik və orta sahibkarlığa da yardımlar diqqət mərkəzindədir. Bütün bu tədbirlər də elə kredit ödəyənlərə kömək deməkdir”.