Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 9,5% ucuzlaşaraq 31,16 ABŞ dolları təşkil edib.
“Lenta.ru” xəbər verir ki, “WTI” markalı neft də 9,5% ucuzlaşıb və hal-hazırda onun bir barreli 25,88 ABŞ dolları müqabilində satılır.
Xatırladaq ki, aprelin üçü “Brent” markalı neftin qiyməti 33,27, “WTI” markalı neftin qiyməti isə 26,6 ABŞ dolları təşkil edirdi.