Bu zamana qədər Koronavirusla Mübarizəyə Dəstək Fonduna daxil olan ianələrin məbləği açıqlanıb.
Fonda 91 milyon 230 min 153 manat vəsait daxil olub.
Hüquqi şəxslər ümumilikdə 67 milyon 125 878 manat, fiziki şəxslər 4 milyon 104 min 273 manat ianə edib.
Qeyd edək ki, martın 19-da Azərbaycanda əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.
Bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Ölkə başçısının həmin tarixdə imzaladığı sərəncamla Prezidentinin Ehtiyat Fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılıb.