UEFA mayın 21-dən iyunun 6-dək Estoniyada keçirilməsi planlaşdırılan 17 yaşadək futbolçuların Avropa çempionatının final mərhələsini qeyri-müəyyən müddətədək təxirə salıb.
Qitə qurumu turnirin koronavirus pandemiyasına görə keçirilməyəcəyini bəyan edib.
Turnirin yeni tarixi barədə qarşıdakı günlərdə məlumat veriləcək.