Azərbaycanın Milli aviadaşıyıcısı AZAL martın 18-də Azərbaycan vətəndaşlarının Türkiyədən qaytarılması üçün daha bir çarter reysi yerinə yetirib.
Şirkətdən verilən məlumata görə, Antalya - Bakı reysi ilə 107 nəfər sərnişin vətənə gətirilib. Həmin təyyarə ilə Türkiyənin üç şəhərində - Antalya, Alanya və İzmirdə qalmış Azərbaycan vətəndaşları qayıdıblar.
Xatırladaq ki, daha əvvəl Türkiyədən beş çarter reysi ilə 1098 nəfər Azərbaycan vətəndaşı gətirilib.
Azərbaycanın Milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək.//oxu.az