Banklardan valyuta mübadiləsi ilə bağlı birgə BƏYANAT » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |    

Banklardan valyuta mübadiləsi ilə bağlı birgə BƏYANAT

Azərbaycan Banklar Assosiasiyası 13 martda mətbuatda valyuta mübadiləsi əməliyyatları ilə əlaqədar möhtəkirlik halları ilə bağlı yayılmış məlumatlarla əlaqədar vətəndaşlara müraciət ünvanlayıb.

Bu barədə Azərbaycan Banklar Assosiasiyasına üzv banklarının birgə bəyanatında qeyd olunub.

Müraciətdə bildirilib ki, bank sektorunda çalışmayan bir neçə şəxs qabaqcadan əlbir olub qrup şəklində Azərbaycan Respublikasının qanunvericiliyinə zidd şəkildə valyuta mübadiləsi fəaliyyəti həyata keçirib və bununla da vətəndaşlara, təşkilatlara və dövlətə külli miqdarda ziyan vurub.

“Azərbaycan Bankar Assosiasiyasına üzv banklar Mərkəzi Bankın müvafiq göstəriş və qaydalarını rəhbər tutaraq belə həssas məqamda intesiv şəkildə fəaliyyət göstərir, elan olunmuş pandemiya və neft qiymətlərinin kəskin enməsi fonunda xarici valyutaya yaranmış tələbat ödənilməsi məqsədilə bütün qüvvələrini səfərbər edərək Azərbaycan Respublikası vətəndaşlarına yüksək xidmət göstərmək üçün səylərini əsirgəmirlər.

Təəssüf ki, bəzi möhtəkirlər şəxsi maraqlarını üstün tutaraq Azərbaycan qanunvericiliyinə, ölkənin iqtisadiyatına və xalqın mənafeyinə zidd, eləcə də, mənəviyyatdan uzaq olan belə hərəkətlərə yol verərək, görülən bütün bu işlərə və səylərə kölgə salırlar.

Azərbaycan Bankar Assosiasiyasının üzvləri bu kimi hərəkətləri yolverilməz hesab edir və şiddətlə qınayır, müvafiq dövlət orqanlarının və ictimaiyyətin birbaşa istirakı ilə bu cür qanunazidd hallarla mübarizəyə hazır olduğunu bildirir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 182 14.03.20 22:39