Elman Rüstəmov: “Neftin bugünkü qiyməti Azərbaycan iqtisadiyyatı üçün təhlükəli deyil” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |    

Elman Rüstəmov: “Neftin bugünkü qiyməti Azərbaycan iqtisadiyyatı üçün təhlükəli deyil”

“Azərbaycan iqtisadiyyatı neftin ucuzlaşmasına kifayət qədər dayanıqlıdır”.

“Report” xəbər verir ki, bunu REAL TV-yə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

“2015-ci ildən sonra ölkədə bir sıra tədbirlər görülüb, iqtisadiyyat neftin yeni qiymətləri üzərində tarazlaşdırılıb. Həm sosial-iqtisadi inkişaf proqnozlarında, həm də dövlət büdcəsində neftin qiyməti azaldılıb. 2015-ci ildə həmin qiymət 90 ABŞ dolları götürülmüşdü, 2020-ci ildə isə 55 ABŞ dollarına endirilib. Bundan başqa, büdcə qaydalara görə qəbul olunub, Azərbaycan manatının məzənnəsi 1 ABŞ dolları 1,7 manata bərabər olmaqla sabitləşdirilib, 2018-2019-cu illərdə milli valyutanın ucuzlaşması deyil, bahalaşması ilə bağlı təzyiqlər baş verib. Bu illər ərzində valyuta ehtiyatları yaradılıb”, - o qeyd edib.

“Əlbəttə, neftin 55 dollarlıq qiyməti kifayət qədər yüksəkdir, ölkədə sosial-iqtisadi inkişaf proqramları reallaşdırmağa, iqtisadi inkişafa dəstək verməyə, iqtisadiyyatı sabit saxlamağa imkan verir. Xüsusilə ötən il Azərbaycanda böyük sosial paketlər reallaşdırılıb. Bu gün neft ucuzlaşsa da, hesab edirəm ki, qiymət Azərbaycan üçün təhlükəli deyil. Üstəlik, ölkənin valyuta ehtiyatları var ki, bu da illik ümumi daxili məhsula (ÜDM) nisbətdə 110%-ə bərabərdir. Xarici dövlət borcumuzun isə ÜDM-ə nisbəti əvvəlki illərlə müqayisədə xeyli aşağıdır. Bütün bunlar bizə indiki vəziyyətə nikbin baxmağa imkan verir.

Əgər neftin ucuzlaşması qısamüddətli olsa, Azərbaycan bundan cüzi itki ilə çıxacaq. Çünki ilin əvvəlindən bəri orta qiymət 58 ABŞ dolları olub. Neftin qiyməti 40-50 və yaxud 30-40 ABŞ dolları arasında qərarlaşsa belə, Azərbaycan iqtisadiyyatında kifayət qədər makro iqtisadi dayanıqlılıq var və maliyyə sabitliyi təmin edilə bilər”, - AMB sədri əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 435 12.03.20 19:40