Azərbaycan və Gürcüstan ərazisindən Türkmənistan neftinin daşınması tarifləri müəyyənləşdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |    

Azərbaycan və Gürcüstan ərazisindən Türkmənistan neftinin daşınması tarifləri müəyyənləşdi

Azərbaycan və Gürcüstan dəmir yolları vasitəsilə Türkmənistandan gələn neft və neft məhsullarının daşınması üzrə rəqabətli tarif dərəcələri müəyyən edilib.

Oxu.Az xəbər verir ki, yeni tarifləri müəyyən edən protokol Tbilisi şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Gürcüstan Dəmir Yolu” SC-nin baş direktoru David Peradze, “Azərbaycan Xəzər Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktorunun müavini Vahid Əliyev, Dübəndi və Batumi neft terminallarının nümayəndələri tərəfindən imzalanıb.

Mövcud yük həcmlərinin saxlanılması və alternativ marşrutlardan əlavə yüklərin cəlb edilməsi məqsədilə qəbul edilən rəqabətli tariflər 2020-ci ilin aprelin 1-dən noyabrın 1-dək qüvvədə olacaq.

Yeni tariflər neft və neft məhsullarının həm bərələr, həm də neft terminalları vasitəsilə Türkmənistandan Azərbaycana gətirilməsinə, və Azərbaycan və Gürcüstan dəmir yolları ilə Batumi neft terminalına daşınmasına şamil ediləcək.

Qeyd edək ki, 2019-cu ildə Türkmənbaşı limanından tankerlərlə Dübəndi neft terminalına 271 min ton, bərələrlə Ələtə isə 90 min ton neft və neft məhsulları daşınıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 368 14.02.20 17:37