Azərbaycanda 18 208 manat pensiya alan var » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |    

Azərbaycanda 18 208 manat pensiya alan var

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli Azərbaycanın pensiya sistemini rəqəmlərlə izah edib.

"Report"un məlumatına görə, müşavir bildirib ki, pensiya üç halda şəxs pensiya yaşına çatdıqda, əmək qabiliyyətini itirdikdə, vəfat etdikdə, yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə təyin olunur:

Onun sözlərinə görə, Azərbaycanda pensiyaçıların sayı 1 280 000 nəfərdir. Bu da ölkə əhalisinin 13%-ni təşkil edir.

Pensiyaçıların sayı

1. Yaşa görə pensiyaçılar - 750 000 (pensiyaçıların 60%-i)

2. Əlilliyi görə pensiyaçılar - 380 000 (pensiyaçıların 30%-i)

3. ABİ-yə görə pensiyaçılar - 150 000 (pensiyaçıların 10%-i)

Pensiya məbləğləri:

1. Minimum pensiya məbləği - 200 manat

2. Orta pensiya məbləği - 300 manat

3. Maksimum pensya məbləği - 18 208 manat

Pensiya artımı üzrə indeksasiya:

1. 2017-ci il üzrə - 5.7% artım

2. 2018-ci il üzrə - 3% artım

3. 2019-cu il üzrə - 16.6% artım

Nazir müşaviri pensiyaya dair formalaşmış yanlış fikirləri də açıqlayıb: "Pensiya heç də həmişə tək qocalıqla əlaqəli olmur. Şəxs istənilən yaşda əlil olduqda və vəfat etdikdə də pensiya əldə edə bilir. Pensiya heç də həmişə 200 manat olmur. Hazırda aylıq 18 208 manat pensiya alan şəxs var. Pensiya artımı heç də həmişə cüzi olmur. Son artım 16,6% təşkil edərək pensiyaları 33 - 2 400 manat aralığında artırıb".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 771 12.02.20 20:18