Türkiyədə İstanbul Sabiha Gökçen Hava limanındakı sərt eniş edərək üç hissəyə parçalanan "Boeing 737-800" tipli təyyarənin sərnişinləri arasında bir Azərbaycan vətəndaşı da olub.
Baku.ws NTV-yə istinadən xəbər verir ki, təyyarədəki 177 sərnişinlərin çoxu Türkiyə vətəndaşıdır. Sərnişinlər arasında həmçinin 4 ABŞ, 1 Azərbaycan, 1 Türkmənistan, 1 Qazaxıstan vətəndaşı olub.
Xatırladaq ki, "Boeing 738" layneri Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxması nəticəsdində xəsarət alanların sayı 120 nəfərə çatıb.