Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov "Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi" publik hüquqi şəxsin işçilərinin aylıq vəzifə maaşlarının artırılması haqqında Sərəncam imzalayıb.
Median.Az Trend-ə istinadən bildirir ki, sərəncama əsasən "Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi" publik hüquqi şəxsin işçilərinin aylıq vəzifə maaşları 2020-ci il fevralın 1-dən 50 faiz artırılır.