Ukrayna prezidenti Vladimir Zelenski SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşüb.
Bu barədə Ukrayna prezidentinin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, tərəflər Ukraynanın qaz nəqli sənayesinə investisiya qoymaq imkanlarını müzakirə ediblər.
Ukrayna prezidenti qeyd edib ki, Ukrayna hakimiyyəti SOCAR-la neft və qaz təchizatı sahələrində birgə layihələrin həyata keçirilməsində maraqlıdır.
Vladimir Zelenski ötən ilin dekabrında Azərbaycana səfəri zamanı Ukraynada SOCAR-ın işi haqqında əldə olunmuş razılaşmaların reallaşdırılmasının əhəmiyyətini də vurğulayıb.
Görüşdə həmçinin SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və SOCAR-ın Ukraynadakı Nümayəndəliyinin rəhbəri Elçin Məmmədov da iştirak ediblər.