Azərbaycanda ipəkçilik sahəsinin inkişafı istiqamətində konsepsiya hazırlanacaq.
Median.Az-ın APA-ya istinadən xəbərinə görə, bu, Baş Nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda əksini tapıb.
Tədbirlər Planına əsasən, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi 2020-ci ilin may ayınadək İpəkçilik sahəsinin inkişafı istiqamətində konsepsiya layihəsinin təqdim edilməsini təmin etməlidir.