Bu şəxslərin də maaşları artırılır - Baş nazirdən qərar » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:14 Azərbaycan və Gürcüstan müdafiə nazirləri regiondakı vəziyyəti müzakirə ediblər  |     13:59 "Abzas Media" işi üzrə ilkin istintaq bitdi  |     13:41 Evdəki bu əşyalara DİQQƏT - Ən çox yanğın təhlükəsi olan cihazlar açıqlandı  |     13:29 COP29 zamanı bağçalar işləyəcək? - Nazir cavab verdi  |     13:23 Biləsuvarda qazıntı işi zamanı qaz xətti zədələnib, iki kənd mavi yanacaqsız qalıb  |     13:22 Xüsusi təyinatlılarımızın Qazaxıstandakı təlimindən GÖRÜNTÜLƏR (VİDEO)  |     13:20 Füzuli peşə məktəbinin sabiq direktoru məhkəmə zalında həbs edildi  |     13:17 Bakı-Şamaxı yolunda hərəkət iki ay müddətinə qismən məhdudlaşdırılacaq  |     13:15 Bakıda Beynəlxalq Gənclər Forumu keçirilir  |     13:15 Sentyabrın 11-də hava durumu necə olacaq?  |     13:13 Bacı və qardaş bank kartından oğurluğa görə tutulublar  |     13:07 Rus bölməsinin şagirdləri tariximizi Azərbaycan dilində öyrənəcəklər - Emin Əmrullayevdən AÇIQLAMA  |     13:05 Paşinyan: "Sülh müqaviləsinin razılaşdırılmış bəndlərini imzalamağı təklif edirik"  |     13:03 Bu gün ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun məhkəməsi keçiriləcək  |     12:50 Bakıda gecə baş verən silahlı insidentin ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO (YENİLƏNİB)  |     12:42 Arvadını öldürmək istəyən şəxs Psixiatriya Xəstəxanasına yerləşdirildi  |     12:38 "Google" Rusiya nömrələri ilə hesabların qeydiyyatını qadağan etdi  |     12:37 Avstriyada Motsartın əsəri tapıldı  |     12:35 Bakıda sürücü sükan arxasında infarkt keçirib maşını səkiyə çırpdı: Ölən var  |     12:31 Xanların izi ilə: "Euronews" Naxçıvan haqqında proqram yayımladı - VİDEO  |    

Bu şəxslərin də maaşları artırılır - Baş nazirdən qərar

Dövlət Miqrasiya Xidmətinin (DMX) xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə maaşlarına xüsusi rütbəyə görə əlavə haqqın məbləğləri təsdiqlənib.

Median.Az
-ın oxu.az-a istinadən məlumatına görə, bununla bağlı Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Bununla da Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli 106-6 və 2018-ci il 12 aprel tarixli 146-9 nömrəli qərarları olunub.

Nazirlər Kabineti qərara alıb ki, 1 nömrəli əlavə ilə DMX-nin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri təsdiq edilsin.

2 nömrəli əlavə ilə DMX-nin xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə maaşlarına xüsusi rütbəyə görə əlavə haqqın məbləğləri təsdiq olunub.

Qeyd edək ki, qərarlar Azərbaycan Prezidentinin 2019-cu il 18 iyun tarixli 1250 nömrəli Sərəncamının 2.2-ci bəndinə əsaslanır.

Bu qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.

Xatırladaq ki, bu ilin iyunun 18-də Prezident İlham Əliyev DMX-nin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncamla qurumun xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 317 12.09.19 12:20