Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:53 Bakıda məşhur restoran yanır - VİDEO | 15:49 Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq | 15:47 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi | 13:59 Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - Yeni qaydalar | 13:47 Ötən ay 130 nəfər Azərbaycandan deportasiya edilib | 13:43 "Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi | 13:42 İlham Əliyev Gənclər və İdman Nazirliyinə bir milyon manat ayırdı | 13:41 Dövlət xidmətinə yeni səlahiyyət verildi, işçilərinin say həddi artırıldı - Fərman | 13:40 Həmkəndlisini qısqanclıq zəminində öldürüb basdıran şəxsə hökm oxundu | 13:39 İşdən çıxarılan generala yeni vəzifə verildi | 13:37 Dövlət qulluğuna müsabiqə ilə bağlı yenilik | 13:36 Azərbaycanda bəzi şəxslər dövlət qulluqçusu ola bilməyəcəklər | 13:31 Qədəşovun kürəkəninə 11 il həbs - “Atlant” müsadirə edildi | 13:25 Həkimdən XƏBƏRDARLIQ: Güclü külək bu xəstəlikləri ağırlaşdıra bilər | 13:18 Bakıda polis əməkdaşı vəfat etdi - FOTO | 13:16 Prokuror generalın dələduzluqda ittiham olunan qızının həbsini tələb edir | 13:15 Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək | 13:10 Azərbaycanda fond yaratmaq 10 dəfə bahalaşır - Yeni tələb | 13:07 Güclü külək reklam lövhələrini aşırsa, məsuliyyəti kim daşıyır? – AÇIQLAMA | 12:39 Dövlət qeydiyyat nişanını saxtalaşdıran sürücü həbs edilib |
Mojo.az Avto
Mojo.az Avto

Həbib Nurməhəmmədov Puarye ilə görüşdə nə qədər qazanacaq?

04.09.2019 23:28 3 013
Həbib Nurməhəmmədov Puarye ilə görüşdə nə qədər qazanacaq?
Məşhur rusiyalı döyüşçü Həbib Nurməhəmmədovun amerikalı Dastin Puarye ilə döyüşdən qalib çıxacağı halda əldə edəcəyi qonorar məlum olub.
TASS-ın məlumatına görə, bu məbləğ 6 milyon dollardan çox olacaq.

Həbibin atası Əbdülmanap Nurməhəmmədov deyib ki, oğlu bu dəfə qalib gələrsə, Makqreqorla döyüşdən 3-3,5 dəfə daha çox qazanacaq. Xatırladaq ki, 2018-ci ilin oktyabrında olan həmin görüşdə Həbibin qonorarı 2 milyon dollar olmuşdu.

İdmançının atası deyib: "Biz az pul üçün dalaşmırıq, biz qiymətimizi bilirik. İki milyon ən yaxşı idmançı və UFC-nin ən tanınmışı üçün azdır. Biz zala çıxanda görəcəksiniz – tamaşaçılar Puaryeni necə qarşılayır, Həbibi necə".

Qeyd edək ki, sentyabrın 7-də Əbu-Dabidəki UFC turnirində Həbib Nurməhəmmədov amerikalı Dastin Puarye ilə qarşılaşacaq. Həbibin hesabında 27 döyüşdən 27 qələbə, Puaryedə isə 25 qələbə və 5 məğlubiyyət var.

Son xəbərlər