Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Nurməhəmmədovun atası oğlunu cəzalandıracağına söz verdi

08.10.2018 11:41 4 361
Nurməhəmmədovun atası oğlunu cəzalandıracağına söz verdi
Rusiyalı döyüşçü Həbib Nurməhəmmədovun atası və məşqçisi Əbdülmanap döyüşdən sonrakı davaya görə oğluna qarşı sərt tədbirlər görəcəyini bəyan edib.

O, bu barədə Rusiya telekanalına açıqlamasında deyib.

“Oktaqonda nə istəyirsən, edirsən. Ondan kənarda isə uşaqlar, qadınlar və kənar şəxslər var. Mənim komandam həmişə nizam-intizamı ilə seçilib. Buna görə Həbibə qarşı sanksiyalar UFC tərəfindən tətbiq olunanlardan daha sərt olacaq”, - Nurməhəmmədovun atası deyib.

O əlavə edib ki, baş verənlərə görə birbaşa məsuliyyət daşıyır.

Xatırladaq ki, UFC 229 turnirində Makqreqor üzərindəki qələbədən sonra Nurməhəmmədov onu təhqir edən irlandiyalı Dillon Denisə hücum edərək kütləvi davaya səbəb olub.

Qeyd edək ki, Həbib Nurməhəmmədov peşəkar karyerasında 27 döyüşün hamısında qələbə qazanıb. O, ilk dəfə yüngül çəki dərəcəsində çempion titulunu qoruyub.

UFC prezidenti Deyn Uayt bəyan edib ki, rusiyalı idmançı kəmərindən məhrum edilə bilər.скачать dle 11.3

Son xəbərlər