Cəbhədə erməni təxribatlarının sayı daha da arta bilər - Düşmən yenə iş başında » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:38 Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sürücüləri cərimələnəcəklər - VİDEO  |     11:37 Bakıda sakinləri narahat edən akustik səs kirlənməsi: DİN-dən AÇIQLAMA - VİDEO  |     11:37 Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO  |     11:36 Gəncədə qəza: Üç nəfər yaralanıb  |     11:34 Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI - VİDEO  |     11:32 Dələduzlara aldanmayın: Asan yolla qazanc əldə etmək istədi, böyük məbləğdə pulunu İTİRDİ - VİDEO  |     11:26 “Sədərək” Ticarət Mərkəzində yanğın - VİDEO  |     11:24 Azərbaycanlı şoumen VƏFAT ETDİ  |     11:22 Bakıda Türkiyə vətəndaşı ölüb  |     23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |    

Cəbhədə erməni təxribatlarının sayı daha da arta bilər - Düşmən yenə iş başında

İyulun 28-i saat 22 radələrində döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi sanitar avtomobilimiz atəşə tutulub. Hərbi sanitar - təcili yardım maşınına atəş açmaq və həkimlərin normal fəaliyyətinin qarşısını almaq isə hərbi cinayətdir.

Bu fikirləri oxu.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

O bildirib ki, bu həm mənəvi, həm də döyüş qaydaları baxımından qəbulolunmazdır:

“Əslində cəbhədə, yəni qoşunların təmas xəttində heç vaxt atəşkəs olmur. Həm atəş açılır, həm də digər zəruri addımlar atılır.

O ki qaldı son günlər sərhəddə ermənilərin təxribat xarakterli hərəkətlər etməsinə, burada da əsl məqsəd məlumdur. Yəni münaqişənin həlli ilə bağlı müəyyən addımlar atıldıqda və ya atəşkəslə bağlı razılaşma əldə olunduqda xarici qüvvələrə və separatçılara xidmət edən erməni komandirlər, siyasətçilər dərhal cəbhədə təxribatlara əl atırlar. Əsas niyyət isə münaqişənin nizamlanmasının qarşısını almaqdır”.

Ekspertin sözlərinə görə, yaxın zamanlarda münaqişə bölgəsində erməni təxribatlarının sayı daha da arta bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 824 30.07.19 15:02