“Brilliant Aygündən, Faiqdən o qədər yüksəkdə dayanır ki... ” - Lalə Dadaşova » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:02 Çörəyin içərisindən taxta parçası ÇIXDI: Zavod CƏZALANDIRILDI - RƏSMİ  |     12:00 Göyçayda sel: Çay yatağı zibillə dolub-daşdı - VİDEO  |     11:59 Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK  |     11:57 Təhsil kreditləri alanların siyahısı genişləndirildi - YENİLİK  |     11:55 Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı QƏRAR  |     11:54 Maştağada əvvəllər məhkum olunmuş kişi özünü asdı  |     11:53 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:52 Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlanıb  |     11:50 Azərbaycan nefti ucuzlaşıb  |     11:49 Narkotik qəbul edib maşın sürdü, həbs olundu  |     11:48 Nərimanov rayonunda avtomobillər toqquşub, yaralanan var  |     11:46 Xətai rayonunda gənc oğlanı avtomobil vurub  |     11:42 İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır  |     11:37 Olivye Jiru “Milan”la bağlı qərarını AÇIQLADI  |     11:36 Rusiyada yeni qadağa: Vakansiya elanındakı bir qeyd cinayət məsuliyyətinə səbəb ola bilər  |     11:35 Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ  |     11:34 Braziliyada güclü daşqınlar nəticəsində ölənlərin sayı artıb  |     11:33 Hansı sahələrə investisiya yatırmaq daha sərfəlidir? - VİDEO  |     11:32 “Qalatasaray”ın böyük sərmayə qoyduğu oyunçu geri qayıdır  |     11:31 Qarabağın elektron xəritəsi hazırlanıb - VİDEO  |    

“Brilliant Aygündən, Faiqdən o qədər yüksəkdə dayanır ki... ” - Lalə Dadaşova

Tanınmış müğənni Lalə Dadaşova xalq artistləri Aygün Kazımova və Brilliant Dadaşova arasında yaşanan qalmaqala münasibət bildirib.

Median.Az
bildirir ki, L.Dadaşova Ölkə.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, bu məsələdən xəbəri yoxdur.

"Yox, xəbərim yoxdur. Heç xəbərim olmağını da istəmirəm. Brillianta sataşan insanlarla nə münasibətim var, nə də elə insanları tanımaq istəyirəm".
Əməkdaşımızın "Hər iki sənətçimizi sülhə dəvət etmək istərdinizmi?" sualına Lalə Dadaşova belə cavab verib:

"Bu insanlar sülhə gəlir ki?! Onlar Brilliantın yaxasından nə istəyirlər, mən də bilmirəm. Amma Brilliantın yerinə də danışmaq istəmirəm. Ümumiyyətlə, mən özümə söz vermişəm ki, heç bir yerdə Brilliant haqqında açıqlama verməyəcəm. O, özü ağıllı, tədbirli insandır. Lazım olan adamın cavabını necə lazımdır verməyi bacırır. Bir böyük bacısı kimi mən Briliantı hər yerdə müdafiə etməyə həmişə hazıram, amma, Briliantla Aygünün, Briliantla Faiqin arasında... Briliant onlardan o qədər yüksəkdə dayanır ki, heç mən onlar haqqında danışmağı lazım bilmirəm".

Qeyd edək ki, B. Dadaşovanın mərhum Xalq artisti Mirzə Babayevin ad günündə paylaşdığı videoya yazdığı sözlər qalmaqala səbəb olmuşdu.

O, "16 İyul Mirzə dayımızın dünyaya gəldiyi gündür. Yaxşı ki, O, bu günlərdə Estradanın nə günə qoyulduğunu, səhnələri sərxoş halda çıxıb yıxılanları görmədi".

Sosial şəbəkələrdə müzakirələrdə isə xalq artistinin bu sözləri Aygün Kazımova haqqında dediyi iddia olunurdu.

Kazımova isə öz növbəsində paylaşımında Dadaşovaya cavab vermişdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 484 18.07.19 20:57