45 yaşdan sonra siqareti tərgitsəz... » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:34 Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək  |     18:26 Polşa Belarusla sərhəddəki polad hasarı möhkəmləndirir  |     18:12 Bölgələrdə istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Evlərin kirayə qiymətləri artıb - VİDEO  |     18:01 Nəsibə Zeynalovanın heç yerdə yayımlanmayan şəkilləri - FOTO  |     17:49 İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildi  |     17:43 Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO  |     17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |    

45 yaşdan sonra siqareti tərgitsəz...

Geniş miqyaslı, uzunmüddətli tədqiqatlar göstərir ki, siqaret çəkənlərin ürək-damar xəstəliklərindən ölüm faizi tütün istifadə etməyənlərə nisbətən, üç dəfə çoxdur.

"BMC Medicine" jurnalında dərc olunan hesabatda deyilir ki, tütün istifadəçilərində insult olma və ya ürək böhranı riski iki dəfə yüksəkdir.

Avstraliyadakı Kanberra Milli Universitetinin araşdırmaçıları yeddi il ərzində 188 167 siqaret çəkən şəxsi təhlil ediblər. Burada kişilər və qadınlar, 45 yaşdan sonra siqaret çəkməyənlər (siqareti tərgidənlər), siqaretin ürək-damar sisteminə təsiri təhlil olunub. Mütəxəssislər siqaret çəkmənin intensivliyini və davamlılığını qiymətləndirərək yaş, cins, yaşayış yerini, subyektlərin sosial vəziyyətini, gəlirlərini və təhsillərini də nəzərə alıblar.
Qeyd olunub ki, insanların çoxu siqaretin təhlükəsini qiymətləndirə bilmirlər.

Onlar anlamırlar ki, gündə orta hesabla dörd-altı siqaret çəkmək insanın siqaret çəkməyən insandan xeyli əvvəl həyatdan getməsinə şərait yaradır.

Bununla yanaşı, tədqiqat aparan alimlərin yaxşı xəbərləri də var: siqaret çəkməkdən imtina etmək ürək böhranı, infarkt və digər xəstəliklər riskini əhəmiyyətli dərəcədə azaldır. 45 yaşa qədər siqareti tərgitməyi bacaranlar, siqaretin səbəb olduğu ürək-damar xəstəliklərinin riskini təxminən 90 faiz azalda bilərlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 874 10.07.19 20:27