Sosial şəbəkələr “çökdü” – “Facebook” açıqlama yaydı » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:34 Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək  |     18:26 Polşa Belarusla sərhəddəki polad hasarı möhkəmləndirir  |     18:12 Bölgələrdə istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Evlərin kirayə qiymətləri artıb - VİDEO  |     18:01 Nəsibə Zeynalovanın heç yerdə yayımlanmayan şəkilləri - FOTO  |     17:49 İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildi  |     17:43 Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO  |     17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |    

Sosial şəbəkələr “çökdü” – “Facebook” açıqlama yaydı

“İnstagram”, “Facebook” və “WhatsApp” sosial platformalarında problem yaranıb.

Median.Az
xəbər verir ki, dünyanın bir çox bölgələrindəki sosial şəbəkə istifadəçiləri bununla bağlı çətinliklə üzləşiblər.

“Downdetector” saytına fikirlərini yazan milyonlarla istifadəçi əsasən foto, video və GİF formatlı faylların yüklənməməsi, saytlara giriş, şəbəkənin itməsi və s. şikayətlərini qeyd ediblər.

Saytdakı məlumatlara görə, problem Bakı vaxtı ilə saat 17:50-dən başlayıb və 5 saata yaxındır davam edir.

Texniki problemlər əsasən, Böyük Britaniya, Fransa, ABŞ, Rusiya, Almaniya və bir sıra digər ölkələrdə müşahidə olunub.

Eyni zamanda Azərbaycanlı istifadəçilər də yuxarıda göstərilən sosial şəbəkələrdə audio və video mesajlar ala bilmədiklərini bildiriblər.

Qeyd edək ki, “WhatsApp” istifadəçilərinin təxminən 91% -i serverə qoşulma, 6% -i saytla bağlı problemlər, 1% -i avtorizasiya haqqında şikayət edib.

“İnstagram” istifadəçilərinin 83%-i “download” problemlərindən şikayətlənirsə, girişlə bağlı 9%, veb saytına girişlə əlaqədar isə 7% əziyyət çəkib.

“Facebook” istifadəçilərinin də 82%-i veb saytına daxil olmaqda çətinlik çəkir, sosial şəbəkəyə çıxışda problem yaşayanlar isə 17%-dir.

Məsələ ilə bağlı “Facebook” rəsmi açıqlama yayıb. “Twitter” sosial şəbəkəsindən #facebookdown haştaqı ilə paylaşım edən şirkət rəhbərliyi məsələnin tezliklə həll olunacağını deyib: “Bəzi insanların foto, video və digər faylları yükləyərkən çətinliklə üzləşdiklərini bilirik. Bu cür halla qarşılaşdığınız üçün təəssüf hissi keçiririk. Ən qısa zamanda hər şeyi normal halına qaytarmaq üçün çalışırıq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 769 03.07.19 23:20