Mojo.az — elanlar
Son Xəbərlər
12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:52 Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq  |     11:50 Çoxmərtəbəli binanın zirzəmisində gizlədilən qızılları divarı dağıdaraq taladı  |     11:40 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar  |     11:38 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq  |     11:37 Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı  |     11:26 Avropada saytlara giriş kütləvi şəkildə məhdudlaşdırılır  |     11:15 Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 20 dəfə artırılacaq  |     23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Röyaya efir qadağası qoyuldu (VİDEO)

25.06.2019 17:00 8 937
Röyaya efir qadağası qoyuldu (VİDEO)
Əməkdar artist Röya Ayxana efir qadağası qoyulub.

Median.Az
axşam.az-a istinadən xəbər verir ki, artıq müğənninin klipləri "MTV Azərbaycan” kanalında yayımdan götürülüb. Həmçinin, kanalın rəhbəri Rəhim Rəhimli sənətçi haqda informasiyaların verilməsinə də qadağa tətbiq edib.

Bildirilir ki, buna səbəb Röya Ayxanın "Xəzər” TV-də yayımlanan "Hər şey daxil” proqramında işlətdiyi fikirlər olub. Həmin verilişdə sənətçi "Onsuz da bütün mahnılar "Youtube”da izlənilir. Klip saatı varsa, nümayiş etdirsinlər. Bir kanal lazımdır ki, orada kliplər yayımlansın. Amma ən azından "Xəzər” kimi səviyyəli bir kanal olsun” replikasını atıb.

Həmin verilişdən dərhal sonra isə "MTV Azərbaycan”da Röya ilə bağlı məlum qərar verilib.

Qeyd edək ki, Rəhim Rəhimli sözügedən kanalda müğənnilər Kərim Abasov və Niyam Salaminin də efirdə görünməsinə qadağa qoyub.


Son xəbərlər