Nadir efirdə başı üstdə dayandı, tənqid olundu - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:34 Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək  |     18:26 Polşa Belarusla sərhəddəki polad hasarı möhkəmləndirir  |     18:12 Bölgələrdə istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Evlərin kirayə qiymətləri artıb - VİDEO  |     18:01 Nəsibə Zeynalovanın heç yerdə yayımlanmayan şəkilləri - FOTO  |     17:49 İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildi  |     17:43 Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO  |     17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |    

Nadir efirdə başı üstdə dayandı, tənqid olundu - VİDEO

Müğənni Nadir Qafarzadə “Dalğa” TV-də yayımlanan “Zümrüdlə gün ortası” proqramında qonaq olub.

Median.Az
xəbər verir ki, Nadir verilişdə qonaq olan yoqa məşqçisinin yardımı ilə başı üstdə dayanmağa çalışıb.

Bu zaman köynəyinin qarın hissəsi açılan Qafarzadənin köməyinə aparıcı Zümrüd Bədəlova və rəqqasə Renka Ağamuradova çatıb.

Nadir “Ay bala, lütləndim, hər şeyimi gördünüz” deyərək qonaqların üzünü güldürüb.

Treyner Qafarzadənin müvazinətini itirmədən dayanmasını istəyib. Nadirin belindən yapışan Renkaya yoqa müəllimi “əlini çək” deyərək, müraciət edib. Renkanın isə öz növbəsində “Şalvarını tutmuşam” deməsi studiyada gülüşlə qarşılanıb.

Sosial şəbəkələrə yayılan bu görüntülər izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Onlar Nadir Qafarzadənin bu hərəkətini ona yaraşdırmayıblar və efir etiketinə zidd olduğunu yazıblar.

Məlumat üçün bildirək ki, efir məkanında məşhurların sərbəstliyi cəmiyyətdə tez-tez qınaqla qarşılanır.

Ekspertlər də deyir ki, şou əhlinin efir etikasına uyğun olmayan nalayiq ifadələr işlətməsi, eləcə də, 18+ hərəkətlər etməsi yolverilməzdir. Diqqət çəkən məqamlardan biri isə bu cür halların canlı yayım zamanı baş verməsidir.

Telekanal rəsmiləri isə bildirirlər ki, canlı efirdə bu cür neqativ halların qarşısını almaq çətin məsələdir.

Bu yolla onlar günahı boyunlarından atmağa çalışırlar.

Nəzərə alsaq ki, şou xarakterli verilişlərə daha çox gənc nəsil baxır, o zaman buradakı məsuliyyət birə beş artır. Telekanallarımız illər boyu əldə etdikləri uğur və nailiyyətləri bu kimi mənfi hallar ucbatından zaman-zaman itirirlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 867 07.06.19 17:08