Mövsümü meyvələrin bazarda və mağazalardakı qiymətləri - REPORTAJ - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:55 Deputatlar yeni kompüterlərlə təmin olunublar  |     16:51 “Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib  |     16:39 Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib  |     16:37 Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb  |     16:33 Sumqayıtda təhsil müəssisəsində qanunsuzluq: 200 min manatdan artıq mənimsəmə  |     16:24 Hoteldə ölənlər qidadan zəhərlənməyib - RƏSMİ  |     16:22 Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi  |     16:16 Rusiya səfiri Fransa XİN-ə çağırılıb  |     16:03 Keçmiş baş nazir vəzifəsindən azad edildi  |     16:01 Deputat: “Bir neçə yaxın dostum spirtdən düzələn arağa görə həyatını itirib”  |     15:14 Bakının bu məşhur bazarı söküləcək  |     14:55 Putin: “Moskva Qərb ölkələri ilə dialoqdan imtina etmir”  |     14:45 Rusiya hökuməti istefa verdi  |     14:42 Bakıda hoteldə kütləvi zəhərlənmə: İki nəfər öldü, digər iki nəfərin son durumu AÇIQLANDI - YENİLƏNİB  |     14:40 Ağdamın bir kəndi Slovakiya şirkəti tərəfindən yenidən qurulacaq  |     14:37 Şirvanda səkkiz il əvvəl törədilən bıçaqlanma hadisəsinin üstü açılıb  |     14:31 Paşinyan Azərbaycanla sərhədin delimitasiya prosesindən DANIŞDI  |     14:25 Xırdalanda məhəllələri su basdı - VİDEO  |     14:08 Şəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ  |     14:00 Azərbaycanda prokuror faciəli şəkildə öldü  |    

Mövsümü meyvələrin bazarda və mağazalardakı qiymətləri - REPORTAJ - FOTO

Sosial şəbəkələrdə bir neçə gündür ki, mövsümü meyvələrin baha olmasından şikayətlər yazılır. Vətəndaşlar bildirirlər ki, bazarlarda meyvə qıtlığı yaşanır, qiymətlər isə bahadır.

Median.Az
bildirir ki, musavat.com-un əməkdaşı 8-ci kilometr bazarının meyvə satılan hissəsində və mağazalarda olub, qiymətlərlə maraqlanıb.

Müşahidə etdik ki, doğrudan da bazarda mövsümü meyvələr qıtlıq təşkil edir. Qiymətlər baha olduğu üçün, demək olar ki, alıcı qıtlığı da yaşanırdı.

Hazırda bazarda göyçənin 1 kiloqramı 3 manata satılır. İnsanlar elə ən çox bu meyvəni almağa üstünlük verirdilər. Gilas isə növündən asılı olaraq 2.5-5 manatadır.

Əriyə bazarda bir o qədər də rast gəlmək mümkün deyil. Qiymətlər də fərqlidir.

Belə ki, nisbətən kal və xırda əriklər 3.5 manata, iri, yetişmiş əriklər isə 6 manata satılır. Vişnənin kiloqramı 2.5 manatdır. Alma da növündən asılı olaraq 2-5 manata satılır. Armuda demək olar ki, bazarda rast gəlmək mümkün deyil. Soraqlayıb tapdığımız armudun kiloqramının 6 manat olduğunu öyrəndik. Ağ tutun kiloqramı 3 manat, qara tut isə 5 manatadır. Banan 2 manat 30 qəpikdir.

Tərəvəzlərə gəlincə, bazarda pomidorun kiloqramı 50 qəpik, xiyar 40 qəpiyədir. Badımcan isə 1 manata satılır. Bazarda pomidorun və xiyarın 3-5 kilosunun 1 manata satıldığı yerləri də tapmaq mümkündür.

İri mağazalarda isə hər cür meyvəyə rast gəlinir. Mağazalarda da qiymətlər ucuz deyil.

Belə ki, mağazada gilas 7 manata, çiyələk 2.5 manata, göyçə 5 manata, armud 3 manat 50 qəpiyə, alma 2 manata və daha baha qiymətə satılır. Eləcə də mağazalarda bananın kiloqramı 2 manat 35 qəpiyə, vişnə 2 manat 50 qəpiyədir. Mağazada şaftalı 12 manata, ərik isə 6 manatadır.

Ümumilikdə qeyd edə bilərik ki, mağazalarla bazar arasında meyvələrin qiyməti kəskin fərqlənmir.

Bəs nə üçün belə bahalıqdır?

Bu sualla satıcılara müraciət etdik. Bildirdilər ki, əsas səbəblərdən biri hava şəraitidir: "Aprel ayında dolu düşdü, təsərrüfatları pis günə qoydu. Eləcə də may ayında da hava çox pis keçdi. Nəticədə qıtlıq yaranıb. Ancaq bir müddət sonra bu qıtlıq aradan qalxacaq, qiymətlər ucuzlaşacaq. İllərdir ki, havaların soyuq keçdiyi zamanlarda bazarda bu cür hal yaranır. Çünki kəndli mal tapa bilmir, alıcı da malsız qalır".

Ekspertlər də bildirirlər ki, bu ilin aprel ayı, mayın ilk yarısı havanın son dərəcə qeyri-stabilliyi ilə seçilərək, kənd təsərrüfatı üçün o qədər də əlverişli keçmədi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, aprelin 17-dən 22-dək şimal enliklərindən uzun sürən soyuq hava kütlələrinin daxil olması ölkədə qeyri-sabit hava şəraiti yaradıb.

Dağ və bəzi dağətəyi rayonlarda qar örtüyünün qalınlığı 2-14 santimetr olub. Aprel ayında yağan yağıntıların miqdarı bəzi rayonlarda aylıq normanı keçib. Mayın 13-də isə bəzi dağlıq rayonlara, xüsusilə Xaçmaza dolu düşüb...

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 871 06.06.19 19:42