Mojo.az Banner
19:10 M2 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılıb  |     19:03 Göyçayda 3 aylıq körpə anasının qucağından yıxılıb öldü  |     18:57 Azərbaycanda xırdabuynuzlu heyvandarlığa subsidiya veriləcək  |     18:49 “Vətən müharibəsi” ordenli Rəşid Qasımov 102 yaşında vəfat edib  |     18:43 Bu müəllimlərin maaşı arta bilər - Şöbə müdiri açıqladı  |     18:35 Şükür Həmidovun döyüş meydanından yeni görüntüləri - VİDEO  |     18:21 Binəqədi rayonunda yanğın başladı  |     18:11 Bakıda 19 istiqamətdə sıxlıq var  |     18:08 Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?  |     17:43 Qobustanda 38 günə körpü inşa edilib  |     17:31 Küləkli hava ilə bağlı əhaliyə MÜRACİƏT EDİLDİ  |     17:20 Şamaxı və Şahdağa dolu düşüb - FAKTİKİ HAVA  |     17:09 Bakıda "lombard əməliyyatı": 22 800 manatlıq dələduzluğun TƏFƏRRÜATI  |     16:59 Hava çirkliliyinin təsirlərindən qoruyan QİDALAR  |     16:57 Bakıda ağac aşdı – Avtomobilə ciddi ziyan dəydi (FOTO)  |     16:33 Azərbaycanda müəllim vəfat edib - FOTO  |     16:31 Sərxoş sərnişini oturacağa bağladılar - FOTO  |     16:25 Zəngəzur dəhlizinə görə yeni güzəştlər olacaq  |     16:21 Azad edilmiş ərazilərdə daha 168 mina aşkarlandı  |     16:15 Azərbaycanla bu ölkə arasında viza rejiimi ləğv olunur  |    
Left Banner
Right Banner

UEFA “Arsenal”a xəbərdarlıq etdi: Bakıda etiraz olmasın!

23.05.2019 21:54 3 718
UEFA “Arsenal”a xəbərdarlıq etdi: Bakıda etiraz olmasın!
UEFA “Arsenal” futbol klubuna xəbərdarlıq edib:

“Əgər klubun azarkeşləri Bakıda keçiriləcək Avropa Liqasının final oyunu zamanı UEFA-ya qarşı hansısa etiraz aksiyası keçirsələr, klub neqativ reaksiya ilə qarşılaşacaq”.
Bu barədə Mirror məlumat yayıb.

UEFA “Arsenal”ın azarkeşlərinin Henrix Mxitaryanın Bakıya gələ bilməməsindən narazı qalaraq, Bakıda UEFA-ya qarşı etiraz bannerləri aça biləcəklərindən ehtiyat edir. Buna görə, UEFA əməkdaşları klubun azarkeşlərinə nəzarəti artıracaq və onların istənilən etiraz forması kluba qarşı sərt tədbirlərlə nəticələnə bilər.

Xəbər verdiyimiz kimi,“Arsenal” komandasının erməni əsilli oyunçusu Henrix Mxitaryan Azərbaycan tərəfindən verilən təhlükəsizlik zəmanətlərinə baxmayaraq, Bakıya gəlməkdən imtina edib.

Bununla əlaqədar, “Arsenal” futbol klubun fan-qruplarından biri üzlərinə Mxitaryanın şəkli olan maska taxaraq, Bakıda keçiriləcək final oyununu bu maskalar altında izləməyi, həmçinin erməni oyunçunun 7 nömrəli formanı geyməsinin şərəfinə oyunun 7-ci və 77 ci dəqiqələrində flaşmob keçirməyi təklif edib.скачать dle 11.3
Mojo.az Banner