Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:20 BMW 720 mindən çox avtomobili geri çağırır | 18:14 Zelenskidən Ukraynanın neytral statusu ilə bağlı bəyanat | 17:56 Saatlıq minimum əməkhaqqı tətbiq ediləcək - Maaşlar artacaq | 17:55 Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb | 17:48 Almaniyada əyləncə parkında çox sayda insan zəhərləndi | 17:42 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edildi | 17:20 Abşeronda tanışını öldürən şəxsə hökm oxundu | 17:09 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb | 17:02 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər | 16:49 Avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb | 16:44 Yeni Suraxanıda kanalizasiya suyu dənizə axıdılır - VİDEO | 16:43 Körfəzi ölkələri İrandan təzminat istədilər | 15:25 Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir? | 15:24 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş | 15:08 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı | 14:52 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi | 14:46 Alyona Əliyeva Ukrayna və Özbəkistanın milli pavilyonlarını ziyarət edib - FOTO | 14:45 Samuxda ölən 4 uşaq atası Vətən müharibəsi iştirakçısı olub | 14:38 Azərbaycan nefti bahalaşıb | 14:31 Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən var |
Mojo.az Avto
Mojo.az Avto

Babək prospektində yol niyə çöküb? - RƏSMİ CAVAB

21.05.2019 15:53 3 601
Babək prospektində yol niyə çöküb? - RƏSMİ CAVAB
Bakının Babək prospektində baş vermiş çökmə hadisəsi hansısa kommunikasiya xəttində baş vermiş nasazlıq nəticəsində yaranıb.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, hadisə ilə bağlı bütün əlaqədar qurumlar məlumatlandırılıb və onların iştirakı ilə əraziyə baxış keçirilib:

"Əraziyə baxış keçirilərkən məlum olub ki, çökmə hadisəsi kiçik hissədə olsa da, həmin zolaq üzrə müəyyən ərazi də deformasiyaya uğrayıb. Mayın 22-də həmin ərazi qazılacaq və çökmə hadisəsinin nədən baş verdiyi müəyyən ediləcək. Çökmə hadisəsi hansı xəttdə baş verən nasazlıqdan yaranıbsa, ərazi həmin xəttə cavabdeh olan qurum tərəfindən bərpa ediləcək".

Son xəbərlər