Təcridxana nəzarətçisini qadına görə öldürüblər? - Killer iz buraxmayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:16 COP29: Dayanıqlı və ədalətli gələcəyə can atırıq  |     20:10 Qeyri-sabit, yağıntılı hava şəraiti mayın 18-dək davam edəcək  |     20:02 Ələt Azad İqtisadi Zonasının imkanları BƏƏ-də təqdim olunub  |     19:55 İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 50-yə çatıb  |     19:48 “Google” “Chrome” brauzerində kritik boşluq aşkarlayıb  |     19:34 AK nümayəndəsi: “İrəvanla Bakı arasında normallaşma kommunikasiyaların açılmasına imkan verəcək”  |     19:15 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     19:00 Azərbaycanda həkim vəfat etdi  |     18:55 Avropol hakerlərin hücumuna məruz qalıb  |     18:44 Masallıda dəhşət: Nənə nəvəsinin asılmış meyitini tapdı  |     18:42 Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb - FOTO  |     18:28 Mahsun Kırmızıgül Bakıdadır  |     18:10 Bakıda itkin düşmüş şəxsin öldürüldüyü məlum olub, şübhəli saxlanılıb - YENİLƏNİB  |     17:49 Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib: Əməliyyat olunacaq  |     17:36 Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı QƏRAR VERDİ  |     17:15 Keşiş Baqrat - erməni müxalifətinin fiaskosunun simvolu - VİDEO  |     16:59 Azərbaycanda akademiyanın adı dəyişdirilir  |     16:47 Nikol Paşinyan: “Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb”  |     16:27 Bakıda sürət yarışı keçirən sürücülər cəzalandırıldılar  |     16:14 Şəkil paylaşdığı üçün 11 il həbs cəzası aldı  |    

Təcridxana nəzarətçisini qadına görə öldürüblər? - Killer iz buraxmayıb

Şəmkirdə Penitensiar Xidmətin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasının əməkdaşı 29 yaşlı Kəramət Məmmədli sifarişlə öldürülüb.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Prokurorluq işçiləri hələlik qatilin izinə düşə bilməyiblər.

Xatırladaq ki, cinayət mayın 1-də Bayramlı kəndində törədilib. K.Məmmədli öz evində kiçikkalibrli tüfənglə (5,6 mm) öldürülüb. Güllə yaxın məsafədən (təxminən 1 metr) alın nahiyəsinə tuş gəlib.

Maraqlıdır ki, yaxınlıqda yaşayanlardan heç biri atəş səsini eşitməyib. Ehtimal olunur ki, killer səsboğucudan istifadə edib. Kriminalistlər hadisə yerində qatilə aid heç bir iz aşkarlamayıblar.

Məlumdur ki, öldürülən şəxsin evindən heç nə oğurlanmayıb – pullar və qızıl əşyalar yerində qalıb.

Kəramət Məmmədli Beynəlxalq Bankın rayon filialının keçmiş rəhbərinin (hazırda təqaüdə çıxıb) oğlu olub. İki il əvvəl boşanıb. Lakin müstəntiqlər onun qətlini boşanması ilə əlaqələndirmirlər.

Daha bir versiyaya görə, K.Məmmədli qadınla sevgi münasibətlərinə görə qətlə yetirilib. Lakin qadının kimliyi barədə istintaq qrupunda hələlik məlumat yoxdur.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 081 16.05.19 19:19