Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:08 Yeni ili oteldə qarşılamaq neçəyə başa gələcək? – QİYMƏTLƏR | 14:07 Aldığı rüşvətləri sədrə çatdırdı, iş alınmayanda şikayət etdi - 58 minlik cinayətdə detallar | 13:47 Güclü külək qarşısında köhnə binalar nə dərəcədə təhlükəsizdir? – AÇIQLAMA | 13:42 Həcc ziyarətində yeni xidmətlər, yeni qiymətlər - AÇIQLAMA | 13:36 Sabah hava necə olacaq? | 13:29 Neftçalada quldurluq: 11 000 manatı aralarında bölüblər | 13:23 Dekabr ayından bu məhsulun qiyməti artacaq – AÇIQLAMA | 13:16 Türkiyə MN Azərbaycanı təbrik etdi | 13:11 Gələn ildən gəlir vergisi bu qədər olacaq | 13:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçinin işi üzrə ittiham aktı açıqlandı | 13:01 Gürcüstanda eks-arvadını 25 min dollara öldürtmək istəyən azərbaycanlı saxlanılıb | 12:59 Bakıda səkkizaylıq hamilə qadın öldü | 12:48 Bakıda reklam agentliyinin rəhbəri həbs olundu - Borc davası | 12:41 İrandan Azərbaycana 50 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb | 12:26 Azərbaycanda deputatın xəsarət aldığı hadisə ilə bağlı cinayət işi açıldı | 12:22 Bakıda 17 yaşlı oğlan bıçaqlandı | 12:15 Naxçıvanda idarəetmə dəyişir: İki ayda 180-dən çox qərar ləğv olunub | 12:14 Aldığı telefonun kreditini ödəyə bilmədi, arvadını döydü | 12:12 Şəmkirdə qadın və kişi meyitləri tapıldı - Hadisənin təfərrüatı (Yenilənib) | 11:59 Azərbaycanda siqaret bahalaşa bilər - Qiymət və tarix açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda narkotacir “Səbiş” tutuldu

15.05.2019 13:39 5 444
Bakıda narkotacir “Səbiş” tutuldu
Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Biləcəri qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əməliyyat nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Ramil Hüseynov saxlanılıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman 1,003 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

R.Hüseynov ifadəsində narkotik vasitəni Biləcəri qəsəbəsində yaşayan “Səbiş” adlı şəxsdən aldığını bildirib.

Bölmə əməkdaşlarının keçirdikləri əlavə əməliyyat zamanı həmin şəxs, paytaxt sakini Səbinə Quliyeva da tutularaq istintaqa təqdim edilib.

Onun üzərində şəxsi axtarış aparılan zaman 50,020 qram, yaşadığı evdən isə əlavə olaraq 1 kiloqram 15 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb.

S.Quliyeva ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Hər iki şəxs barəsində cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Son xəbərlər