Şadlıq saraylarına XƏBƏRDARLIQ! — Zəhərlənməmək üçün BUNLARI EDİN - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:10 Qeyri-sabit, yağıntılı hava şəraiti mayın 18-dək davam edəcək  |     20:02 Ələt Azad İqtisadi Zonasının imkanları BƏƏ-də təqdim olunub  |     19:55 İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 50-yə çatıb  |     19:48 “Google” “Chrome” brauzerində kritik boşluq aşkarlayıb  |     19:34 AK nümayəndəsi: “İrəvanla Bakı arasında normallaşma kommunikasiyaların açılmasına imkan verəcək”  |     19:15 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     19:00 Azərbaycanda həkim vəfat etdi  |     18:55 Avropol hakerlərin hücumuna məruz qalıb  |     18:44 Masallıda dəhşət: Nənə nəvəsinin asılmış meyitini tapdı  |     18:42 Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb - FOTO  |     18:28 Mahsun Kırmızıgül Bakıdadır  |     18:10 Bakıda itkin düşmüş şəxsin öldürüldüyü məlum olub, şübhəli saxlanılıb - YENİLƏNİB  |     17:49 Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib: Əməliyyat olunacaq  |     17:36 Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı QƏRAR VERDİ  |     17:15 Keşiş Baqrat - erməni müxalifətinin fiaskosunun simvolu - VİDEO  |     16:59 Azərbaycanda akademiyanın adı dəyişdirilir  |     16:47 Nikol Paşinyan: “Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb”  |     16:27 Bakıda sürət yarışı keçirən sürücülər cəzalandırıldılar  |     16:14 Şəkil paylaşdığı üçün 11 il həbs cəzası aldı  |     16:11 Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı: “Günahım yoxdur” - VİDEO  |    

Şadlıq saraylarına XƏBƏRDARLIQ! — Zəhərlənməmək üçün BUNLARI EDİN - VİDEO

Qarşıdan isti yay aylarının gəldiyini nəzərə alsaq, daha da diqqətli olmaq vacibdir.

Belə havalarda qida məhsullarında kimyəvi reaksiyalar güclənir və köhnə, vaxtı keçmiş, eləcə də düzgün saxlanılmayan qida məhsullarından zəhərlənmələr daha çox olur.

Məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.

Sakin: "Həm qane edir, həm də qane etmir".

Sakin: "Şadlıq evi möhürü olmayan əti nə üçün qəbul etməlidir? Zəhərlənmənin elə çox pis ətdən əmələ gəlir".

Bəzi sadlıq sarayları və restoran sahibləri bu məsələdə üzərinə düşən məsuliyyəti dərk etmir. Nəticədə əvvəlki məclislərdən yığılıb qalmış köhnə qidalar süfrələr yol açır. Bundan əlavə, tez xarab olan salat və digər qidaların vaxtın tez süfrəyə düzülərək saatlarla ortada qalması, mətbəxdə təmizlik normaların əməl edilməməsi də insanların toyda yediklərini burnundan tökə bilər.

Rəşad Qasımov - Şadlıq sarayının icraçı direktoru: "Saraya ət məhsulları gələndə, əgər bunu ev yiyəsi edirsə, biz onlardan sənət götürürük ki, bu təmizdir. Ancaq öz mətbəximizdə bişməlidir. Çox vaxt gigiyenik tərəfləri ilə maraqlanmırlar. Onlar üçün qiymət daha önəmlidir".

Qida Təhlükəsizliyi Dövlət Agentliyi də məsələni nəzarətdə saxlayır. Qurumun əməkdaşları məclislərdən öncə ət və ət məhsullarının keyfiyyətini yoxlayır və sağlamlığını təsdiq edən sənəd verirlər.

Yaşar Süleymanov - Şəki 1 saylı Qida Təhlükəsizliyi Nəzarət məntəqəsinin baytar həkimi: "Şadlıq evlərinə gələn bütün ət və ət məhsulları ekspertiza laboratoriyasından keçmiş sənətlə birlikdə qəbul edilsin.

Təbii ki, toy sahiblərinin də üzərinə də böyük məsuliyyət düşür. Onlar özlərinin və dəvət etdikləri qonaqların sağlamlığını düşünərək hər bir qidalanın keyfiyyətinə əmin olduqdan sonra masaya düzülməsinə icazə verməlidirlər.

Qazanclarını düşünərək keyfiyyətsiz qida məhsullarını qonaqlara təqdim edən, yaxud bu məsələyə nəzarəti yalnız restoran sahibin öhdəsinə buraxlanların xoş günləri isə xoşagəlməz hadisələrlə yekunlaşa bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 303 07.05.19 13:06