Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Məşhurlarımızdan kim oruc tutur? - SORĞU

06.05.2019 20:07 3 589
Məşhurlarımızdan kim oruc tutur? - SORĞU
Bu gündən etibarən müqəddəs ay başladı. İslam dünyasında "11 ayın sultanı" kimi tanınan Ramazan ayında insanlar oruc tutur, namaz qılır, yaxşı əməllər, xeyirli işlər görərək savab qazanmağa çalışırlar.

Bəs görəsən, şou əhli bu ayda oruc tutub, "əməl dəftərləri"nə nə yazdıracaqlar?

Median.Az xəbər verir ki. Oxu.az-ın əməkdaşı bu mövzuda məşhurlarımızı sorğu-suala çəkib.

Əməkdar artist Elza Seyidcahan:

"Allahın müqəddəs ayıdır. Hər bir insan oruc tutmalıdır. Oruc tutmaq borcumuzdur. Allah güc versin, orucumuzu tutaq".

Müğənni Şəbnəm Tovuzlu:

"Hər zaman Ramazan ayında 5-6 gün də olsa, oruc tututam. Bu il də beş gün mütləq oruc tutacağam".

Bəstəkar-müğənni Murad Arif:

"Keçən və ötən illərdə bir ay boyunca oruc tutmuşam. Müəyyən səbəblərə görə bu il oruc tutmayacağam. Səfərlərim var, bilirsiniz ki, İsrailə gedəcəyəm. Bir yerdə qalmayacağam".

Müğənni Nadir Qafarzadə:

"Mən, ümumiyyətlə, oruc tutmuram. Səhhətimdə problemlər var. Mədəmdə qastrit var. Aclığa dözümüm yoxdur. Pəhriz saxlayanda da kalorisiz də olsa, bir şey yeyirəm ki, mədəm boş qalmasın. Ac qalanda sinirlərimə təsir edir. Halım pisləşir. Təbii ki, hamı oruc tutmalıdır. Bu vacibdir. Amma təəssüf ki, məndə alınmır.

Ətrafımda olan valideynlərim, qohumlarım, dostlarım oruc tutular. Yəqin, iradəsizəm, bunu belə adlandırmaq olar. Özünü çətinliyə salmaq, əziyyət çəkmək, məncə, Allaha da xoş getməz. Kiməsə xatir, kiməsə göstərmək üçün oruc tutmaq günahdır. Hətta indi bu kimi şeylər trenddir. Belə şeylər mənə yaddır.

Əslində, gecə yemək adamı kökəldir. Elə insanlar var ki, səhərdən axşama kimi ac qalırlar, sonra da əllərinə gələni yeyirlər. Axşam yemək isə çox ziyandır. Hər şey sonda piylənməklə nəticələnir. Mədə-bağırsağı gücə salırlar. Yeməyin də, orucu tutmağın da qaydası var. Oruc saxlamaq özü bir mədəniyyətdir. Sən bu yolla öz bədəninə və mədənə qulluq etmiş olursan".

Müğənni Elnarə Xəlilova:

"Hər il oruc tuturam. Bu il də Allahın izni ilə oruc tutacağam".

Müğənni Mətanət Əsədova:

"Ağrılarım olduğuna görə oruc saxlaya bilmirəm. Səhhətimdə problemlərim var. Çox zəifəm, taqətim yoxdur".

Müğənni Musa Musayev:

"Hər il çalışıram ki, oruc tutum. Amma işlərim çıxanda və ya hansısa səfərə yola düşəndə, əfsuslar olsun ki, tutmaq alınmır. Həyat yoldaşım Təranə xanım bu il oruc tutmayacaq. Səbəb isə dişlərini düzəltdirməsidir".

Müğənni Xatirə İslam:

"Hazırda Bakıda deyiləm. Heç bilmirəm. Çalışacağam ki, oruc saxlayım. Ötən illərdə hər zaman oruc tutmuşam".

Əməkdar artist Ülviyyə Əliyeva:

"Keçən il olduğu kimi, bu ildə oruc tutacağam. Allah hər bir oruc tutanın orucunu qəbul etsin. Dünən gecə niyyət axşamı idi. Allah bizə can sağlığı versin ki, hər il orucumuzu tuta bilək".

Əməkdar artist Tünzalə Əliyeva:

"Səhhətimdə olan problemlərə görə oruc saxlamıram. Keçən il və bu ilin mart ayında 15 gün oruc tutdum. Amma oruc saxladığım üçün immunitetim aşağı düşdü. Həkim də icazə vermir. Səhhətimdə yenə də problemlərim var. Analizlərimin nəticəsi qənaətbəxş deyil".
скачать dle 11.3

Son xəbərlər