Qəzaya düşən aktrisa: Allah mənə bu möcüzəni yaşatdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:34 Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək  |     18:26 Polşa Belarusla sərhəddəki polad hasarı möhkəmləndirir  |     18:12 Bölgələrdə istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Evlərin kirayə qiymətləri artıb - VİDEO  |     18:01 Nəsibə Zeynalovanın heç yerdə yayımlanmayan şəkilləri - FOTO  |     17:49 İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildi  |     17:43 Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO  |     17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |    

Qəzaya düşən aktrisa: Allah mənə bu möcüzəni yaşatdı

Xəbər verdiyimiz kimi ötən həftə Əməkdar artist Mehriban Xanlarova avtomobil qəzasına düşüb. Aktrisa ilə bərabər avtomobildə olan ailənin tibb bacısı və yaxın qohumu ciddi şəkildə zədə alıb. 1 saylı Tibbi Kliniki Mərkəzə çatdırılan yaralılara dərhal tibbi yardım göstərilib.

Mehriban Xanlarova səhhəti və başına gələn bədbəxt hadisə ilə bağlı Oxu.Az-a açıqlama verib.

“Dəhşətli hadisə idi. Baxmayaraq ki, qəzanın üstündən bir neçə gün keçib, amma hələ də özümə gələ bilməmişəm. Şokdan ayıla bilmirəm. Möcüzə nəticəsində sağ qaldıq. Səhhətim stabildir. Ayağımı gipsə salıblar. Ev şəraitində müalicəmi davam etdirirəm. Amma, mənimlə bu qəzada xəsarət alan ailəmizin tibb bacısının vəziyyəti ağırdır. O kəllə-beyin travması alıb. Hələ də xəstəxanadadır”.

Sənətçi qəzanın səbəbləri haqqında bunları söyləyib.

“Qəza anidən baş verdi. Hadisə bir saniyənin içərisində baş verdi. Avtomobilim özümə aid deyil. Hamı mənim kirayə avtomobil sürdüyümdən xəbərdardır. Baş verən qəza ilə bağlı araşdırmalar gedir. Hadisə ilə bağlı informasiya verə bilmirəm. Mənim avtomobilimlə toqquşan “Mercedes” markalı avtomobilin sahibi hər gün mənə baş çəkir. Vəziyyətimlə maraqlanır. Məni hamı kasıbların yanında olan bir insan kimi tanıyır. Heç kəsdən heç nə ummuram. Ondan da heç bir maddi yardım istəməmişəm”.

M. Xanlarova sənət yoldaşlarının bu vəziyyətdə onu tək buraxmadıqlarını dilə gətirdi.

“Sağ olsun məni yada salıb, yanıma gələn hər bir sənət yoldaşımı. Bir çox müğənnilər və həmkarlarım eləcə də çalışdığım Akademik Milli Dram Teatrının bütün kollektivi vaxtaşırı mənə baş çəkirlər. Hər birinə öz minnətdarlığımı bildirirəm. Dəhşətli qəza nəticəsində mənim sağ qalmağım bir möcüzədir. Allah mənə bu möcüzəni həm yaşatdı, həm görsətdi”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 550 01.05.19 23:59