Çingiz “Avroviziya”da səhnəyə kimlərlə çıxacaq ? » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:34 Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı  |     14:23 Hansı şəxslərə 1380 manat veriləcək? - Deputat AÇIQLADI  |     14:22 ABŞ səfiri Şuşaya gedib  |     13:52 Ağdərədə sümük fraqmentləri aşkarlanıb  |     13:51 Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik  |     13:28 Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     13:06 Əli Əsədovdan daimi arbitraj təşkilatı ilə bağlı QƏRAR  |     12:31 Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ  |     12:29 Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı  |     12:14 Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb  |     12:10 Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA (VİDEO)  |     12:09 Məhkəmə Anar Məmmədli barədə qərar verib  |     12:00 DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib  |     11:59 Binəqədidə tapança satmaq istəyən şəxs saxlanılıb  |     11:58 Qaraçuxurda bir avtomobilin şüşəsi sındırılıb, digəri isə yandırılıb  |     11:57 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:56 Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün tarixi açıqlanıb  |     11:55 Cəlilabadda 18 yaşlı oğlan itkin düşüb  |     11:55 Ukrayna Belqoroda dronla zərbə endirib: Azı altı nəfər həlak olub, çoxlu sayda xəsarət alan var  |     11:54 Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB  |    

Çingiz “Avroviziya”da səhnəyə kimlərlə çıxacaq ?

Azərbaycanı “Avroviziya-2019” beynəlxalq musiqi yarışmasında təmsil edəcək Çingiz Mustafayevi səhnədə beş bek-vokalçı müşayiət edəcək.

Onlar sənətçi ilə birgə “Truth” (Həqiqət) mahnısını canlı səsləndirəcəklər.

Bek-vokalçılar Avropada kifayət qədər tanınmış musiqiçilərdir.

Peter Simpson “Avroviziya-2018”də Avstriya təmsilçisi ilə birgə çalışıb.

Pernille Leeloo bu il Danimarkanın milli seçimləri olan “Dansk Melodi Grand Prix”ə qatılıb.

Digər bek-vokalçı Sara Linnea 2012-ci ildə “Melodifestivalen” finalına qədər irəliləyib.

Çingiz peşəkar musiqiçilərlə çalışdığı üçün sevindiyini dilə gətirib:

“Musiqi prodüserimiz İsa Məlikov və ifaçılıq müəllimi Aleks Panayi, eləcə də “Truth” mahnısının müəllifi Borislav Milanovla birlikdə biz bir çox ifaçıların profilini nəzərdən keçirdik ki, komandamıza qoşulacaq şəxsləri seçək. Əminik ki, komandamıza şəxsi toxunuşlarını gətirəcək və çıxışımızı daha rəngarəng edəcək səsləri seçmişik. İlk məşqimiz çox əla keçib və komandamızda gözəl harmoniya var”.

Qeyd edək ki, mayın 14-də start götürəcək mahnı yarışmasında Azərbaycan təmsilçisi ikinci yarımfinalda, yəni mayın 16-da, 18-ci nömrə altında çıxış edəcək. “Avroviziya-2019” mahnı müsabiqəsinin şüarı “Dare to Dream”dir (“Arzulamağa cürət et”).
//oxu.az
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 491 01.05.19 12:13