Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Baş pediatr vətəndaşlara səslənir: "İlkin əlamət görünən kimi həkimə müraciət edin"

25.04.2019 23:42 5 147
Baş pediatr vətəndaşlara səslənir:
Yaz xəstəliklər fəslidir. Havalar isinməyə başlasa da, allergik və soyuqdəymə səbəbilə yaranann xəstəliklər daha çox olur.

Havanın dəyişkənliyi, yağış, külək, ağacların tozlanması insan orqanimzinin müqavimətini zəiflədir. Yazda allergik rinit, allergik astma, dəri allergiyaları, mədə-bağırsaq xəstəlikləri daha çox müşahidə edilir.
Baş verənlərlə bağlı şərh verən tibb elmləri doktoru, professor, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyevin sözlərinə görə, yaz fəslində allergik xəstəliklər həm böyüklər, həm də kiçiklər arasında çoxalır: "Çünki allergiya mövsümi xarakterli xəstəlikdir. Bu səbəbdən də yaz aylarında, xüsusən yaya qədər belə xəstəliklər daha çox müşahidə edilir".

O bildirib ki, bu hal daha çox allergiyaya meylli olan uşaq və böyüklərdə özünü biruzə edir: "Baharda ağacların çiçək açması, çiçəklərin tozlanması, yaşıllıqlardan qalxan gözə görünməyən tozlar bəzi insanlarda allergiya yaradır. Bitki mənşəli tozlarla əmələ gələn allergiyalara polinozlar deyilir. Polinozlar mövsümi xəstəliklərdir".

Həkimin sözlərinə görə, allergiyaya meylli uşaqlar qeydiyyatda olmalı, mütəmadi olaraq yoxlamalar aparılmalı, mümkün olduğu qədər hansı çiçəyin tozuna və ya nəyə qarşı allergiya varsa, o, aşkar olunmalıdır: "Bu zaman qabaqlayıcı tədbirlər görülməlidir. Valideynlər gözləməli deyil ki, allergiya görünsün, sonra qarşısı alınsın".

"Bədəndə konkret allergen müəyyən ediləndən sonra qarşısını almaq üçün tədbirlər görülür. Allergiya əlaməti görünən kimi valideynlər uşaqlarını həkimə aparmalıdır. Bu xəstəliyi ev şəraitində müalicə etmək olmaz" - deyə N.Quliyev vurğulayıb.

Qeyd edək ki, son günlər uşaqlar arasında allergiya xəstəliyi yayılıb. Xəstəlik özünü bədəndə qızartılı səpkilərlə göstərir.//sputnik.az

Son xəbərlər