Mojo.az Banner
19:00 Elşad Xosenin ailə - Fotosu  |     18:53 Əli Əsədov qərar imzaladı  |     18:45 Göyçayda silahlı narkotacir tutuldu  |     18:38 Gəncədə veteranların binası yandı  |     18:20 Bakıda marketdən çıxıb bacısıgilə gedən qadın küçədə öldürüldü, əri saxlanıldı - TƏFƏRRÜAT  |     18:07 Paytaxtın sıxlıq müşahidə olunan küçələri  |     17:52 Sərxoş halda qəza törətdi, ayıq sürücü və qohumu öldü, özü həbs edildi  |     17:31 Misir Mərdanova yeni vəzifə verildi  |     17:02 Azərbaycanda ilk dəfə robotik cərrahi əməliyyat uğurla icra olundu  |     16:58 Zərdabda odlu silah tapıldı  |     16:56 “Hollywood” restoranında kütləvi dava - Tiktokeri döydülər  |     16:54 Kamran Əsədovun növbəti məhkəmə iclası başlayıb  |     16:28 Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb  |     16:16 "Səkkiz" serialının yayımı bərpa OLUNDU  |     16:12 İqbal Məmmədovun "Lerik Broyler"i fəaliyyətini dayandırdı - Sabiq deputatın biznes imperiyası çökür?  |     15:41 Qaradağda qanunsuz ov edənlər tutuldu  |     15:24 Oğurluq edən iki qardaş saxlanıldı  |     15:19 Korrupsiya cinayəti törədən 18 nəfər "iş başında" tutulub  |     15:03 3000 abonentin qazı kəsiləcək  |     14:54 Ağ Ev lideri Sülh Şurasının Nizamnaməsini imzaladı  |    
Left Banner
Right Banner

İntihar edən üç uşaq anasının məktubu tapıldı: Tənhalıqdan yorulmuşam

25.04.2019 12:51 4 497
İntihar edən üç uşaq anasının məktubu tapıldı: Tənhalıqdan yorulmuşam
Aprelin 24-də meyiti dalğıclar tərəfindən Akkuşa çayından tapılmış, 35 yaşlı Salyan rayon sakini Dadaşova Aysel Vaqif qızının qaldığı evdə ölümündən qabaq yazdığı məktubu tapılıb.

Bu barədə oxu.az-a Salyan rayon Prokurorluğundan məlumat verilib.

Bundan əvvəl Dadaşovanın kənd məktəbində müəllim işlədiyi xəbər verilirdi. Cümə axşamı isə qadının kənd məktəbində texniki işçi kimi çalışdığı məlum olub.

Üç oğul anası (ən böyüyü 11 yaşında olub), özünü körpüdən çaya ataraq intihar edib. Bu addımı atmazdan əvvəl yazdığı məktubda tənhalıqdan və ona son illər əziyyət verən baş ağrılarından cana gəldiyini bildirib. Məktubda Dadaşova qohumlarından övladlarının qayğısına qalmalarını xahiş edib.

İstintaq nəticəsində məlum olub ki, qadının əri Bakıda tikinti sahəsində çalışır, ona görə kəndə ayda bir dəfə baş çəkir. Bundan başqa, hüquq-mühafizə orqanları Dadaşovanın evindən psixiki pozuntuların və baş ağrılarının müalicəsi üçün yazılmış həkim reseptləri və tibbi preparatlar aşkarlayıb.

İlkin ehtimala görə, intihara qadının depressiv vəziyyətdə olması səbəb olub.
скачать dle 11.3