Mojo.az Banner
23:00 Süni intellekt haqqında 5 ən böyük yanlış fikir  |     22:53 Kamçatka qar altında - Video  |     22:46 Bu balıq çeşidlərində azalma, qiymətlərində isə artım müşahidə olunur - Video  |     22:41 Fransa Azərbaycanın dörd ermənini İrəvana təhvil verməsini alqışlayır  |     22:34 Çindən ilk Transxəzər yük qatarı Azərbaycana yola düşüb  |     22:28 Ceyhun Bayramov Marko Rubio ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib  |     22:20 Mingəçevirdə avtobus sürücüsü döyüldü  |     22:15 Mingəçevirdə 44 yaşlı qadın dəm qazından öldü  |     22:08 Məmurun əri videosuna görə üzr istədi - Video  |     22:02 Sabah bu marşrutların hərəkəti dəyişdiriləcək  |     21:57 Anası məhkum oğluna narkotik keçirmək istədi  |     21:49 Rusiyada 9 körpənin öldüyü xəstəxana bağlandı  |     21:44 Azərbaycan əhalisinin gəlirləri artıb  |     21:37 Sabah bu yollar bağlanacaq  |     21:32 Azad edilmiş ərazilərdə daha 69 mina aşkarlandı  |     21:24 Azərbaycanda xarici prodüserlərə güzəşt ediləcək  |     21:19 Ötən il 18 nəfəri qatar vurub - Video  |     21:10 Yaxın vaxtlarda şəhid ailələri və müharibə əlillərinə mənzillər veriləcək  |     21:05 Məcəllə təsdiqləndi: Kimlərə iki dəfə çox maaş ödəniləcək?  |     20:57 Tibb dünyasında müzakirə olunan araşdırma: Çarə kosmosdadır?  |    
Left Banner
Right Banner

“Ruzigar”a 30 sutka - HƏBS

15.04.2019 12:35 6 172
“Ruzigar”a 30 sutka - HƏBS
Daxili İşlər Nazirliyi (DİN) “Ruzigar” ləqəbli reper Aydın Hüseynovun həbsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, sosial şəbəkələrdə bir nəfərin narkotikdən istifadənin açıq təbliğinə həsr etdiyi repin videogörüntüsü yayılıb.

Məsələ ictimai rezonans doğurduğundan polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Nəticədə narkotiki təbliğ edənin Sumqayıt şəhər sakini, “Ruzigar” ləqəbli reper Aydın Hüseynov olması müəyyən edilib və o, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Onun üzərində aparılmış şəxsi axtarış zamanı 1,21 qram marixuana aşkar edilib. A.Hüseynov etiraf edib ki, narkotik istifadəçisidir.

Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib.

O, Məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə 30 sutka müddətində inzibati qaydada həbs edilib.

скачать dle 11.3