Quba-Xınalıq yolunda uçqun təhlükəsi var - YENİLƏNİB + FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:40 Ermənistanın Azərbaycanla sərhəddəki kəndində torpaq sürüşməsi baş verib  |     15:27 Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO  |     15:21 Yasamalda əməliyyat: Saxlanılanlar var - VİDEO  |     15:09 Almaniya Rusiyadakı səfirini geri çağırıb  |     14:52 Hüseyn Həsənovun vergi orqanlarına 153 milyon borcu var  |     14:51 Mayın 8-də geomaqnit qasırğası gözlənilir  |     14:34 Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı  |     14:23 Hansı şəxslərə 1380 manat veriləcək? - Deputat AÇIQLADI  |     14:22 ABŞ səfiri Şuşaya gedib  |     13:52 Ağdərədə sümük fraqmentləri aşkarlanıb  |     13:51 Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik  |     13:28 Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     13:06 Əli Əsədovdan daimi arbitraj təşkilatı ilə bağlı QƏRAR  |     12:31 Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ  |     12:29 Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı  |     12:14 Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb  |     12:10 Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA (VİDEO)  |     12:09 Məhkəmə Anar Məmmədli barədə qərar verib  |     12:00 DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib  |     11:59 Binəqədidə tapança satmaq istəyən şəxs saxlanılıb  |    

Quba-Xınalıq yolunda uçqun təhlükəsi var - YENİLƏNİB + FOTO

Ötən gün günorta saatlarında Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşən və yolun hərəkət hissəsinə tökülərək yolu bağlayan qaya parçaları əraziyə cəlb olunmuş xüsusi texnikaların köməyi ilə axşam saatlarında təmizlənərək hərəkət bərpa olunub.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Ərazidə yenidən qaya parçalarının uçqunu təhlükəsi olduğundan sürücülərdən sözügedən yoldan zərurət olmadığı təqdirdə istifadə etməmək tövsiyə olunur.

Təhlükə ilə bağlı əraziyə xüsusi xəbərdaredici nişanlar quraşdırılacaq.





11 aprel * * * * *

Bu saatlarda Quba-Xınalıq avtomobil yolunun 36-cı kilometrliyində dağdan sürüşən iri qaya parçaları yolun hərəkət hissəsini bağlayıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Hadisə yerinə AAYDA-nin əməkdaşları və xüsusi texnika cəlb edilib. Lakin dağ yamacından qaya parçalarının aşağıya doğru hərəkət etməsi davam etdiyi üçün əraziyə yaxınlaşmaq mümkün deyil.

Sözügedən ərazidə sürüşmə sabitləşən kimi yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi işlərinə başlanılacağı bildirilir.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 704 12.04.19 11:33