Bəşəriyyətin nə qədər ömrü qalıb? - Alimlər Qiyamətin dəqiq vaxtını açıqladılar » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:28 Göyçay-Ucar yolunda qəza olub, xəsarət alan var  |     20:21 Həbsdə olan vəkil Sümbülə Əliyeva hakimə etiraz edib  |     20:13 Zaqatalada 32 yaşlı kişi intihar edib  |     20:07 "Formula 1" pilotu filmə çəkiləcək  |     19:59 Ukraynada Rusiyaya məxsus helikopter vurulub  |     19:52 "Qarabağ"ın mükafatlandırılacağı stadion bəlli olub  |     19:41 Bu il 46 uşaq övladlığa verilib, 58 uşaq ailələrinə qaytarılıb  |     18:34 Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək  |     18:26 Polşa Belarusla sərhəddəki polad hasarı möhkəmləndirir  |     18:12 Bölgələrdə istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Evlərin kirayə qiymətləri artıb - VİDEO  |     18:01 Nəsibə Zeynalovanın heç yerdə yayımlanmayan şəkilləri - FOTO  |     17:49 İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildi  |     17:43 Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO  |     17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |    

Bəşəriyyətin nə qədər ömrü qalıb? - Alimlər Qiyamətin dəqiq vaxtını açıqladılar

Bəşəriyyət Yerin kosmik cisimlə toqquşması, təbii və ya texnogen qəzalar nəticəsində məhv ola bilər.

Median.Az
ölkə.az-a istinadən xəbər verir ki, bu KİV-in fantaziyası və ya Hollivud senaristlərinin qələmindən çıxan yazılar yox, alimlərin proqnozudur.

2036-cı il

2007-ci ilin oktyabrında Penza vilayətində bir kəndin sakinləri Qiyaməti gözləmək üçün mağaraya sığındılar. Onların fikrinə görə, 2008-ci ilin may ayında Yer kometlə toqquşaraq məhv olacaqdı. Kosmik fəlakət baş vermədiyi üçün penzalı sakinlər mağaranı tərk etdilər.

Bəşəriyyətin sonu, Qiyamət günü haqqında müxtəlif dinlərdə də var. Xristanlıqda Armageddonun tarixi 1000-2000-ci illər arası göstərilir. Mayalıların təqvimində isə 2012-ci il qeyd edilmişdi.

Təhlükə səmadan gözlənilirdi. Günümüzdə astronomlar Yerlə təhlükəli məsafəyə qədər yaxınlaşa biləcək irili-xırdalı kosmik obyektləri kəşf ediblər. Bəzi hallarda isə toqquşma istisna edilmir.

Daha çox Apofis asteroidi alimləri qorxuya salır. Bu asteroid 2029-cu ilin 13 aprel tarixində geri qayıdacaq və Yerin mərkəzindən 38 min km məsafədən keçəcək. Kiçik bir ehtimala əsasən, asteroid altı yüz metrlik təhlükəli zonaya girəcək və planetin qravitasiya sahəsi onun trayektoriyasını dəyişəcək. Bu zaman 2036-cı ildə Apofis geri qayıdanda planetimizlə toqquşacaq. Rusiyalı alimlərin hesablamasına əsasən, 2036-cı ildə Apofislə toqquşma risk zonasına Uzaq Şərq, Mərkəzi Amerika ölkələri və Qərbi Afrika daxildir.

2026

Yarım əsr bundan əvvəl amerikalı riyaziyyatçı Hayns fon Ferster həmkarları ilə birlikdə "Science" jurnalı üçün məqalə hazırladı. Bu məqalədə Qiyamətin dəqiq vaxtı kimi 2026-cı ilin 13 noyabr tarixi göstərilib.

Ferster iki parametrdən, yəni istənilən canlı varlığın populyasiyasını təyin edən artım və ölüm həddindən istifadə edib. 1975-ci ildə alman astrofizik Sebastyan fon Horner insan fəaliyyəti ilə bağlı digər parametrləri də nəzərə aldı və ehtimal etdi ki, Qiyamət günü 2020-2050-ci illərin arasındakı bir günə təsadüf edəcək. Bu dövr ərzində planetdə insanların sayı o qədər artacaq ki, qidalanma ilə bağlı ciddi problemlər üzə çıxacaq. Eyni zamanda sənayə tullantıları səbəbindən atmosfer həyat üçün əlverişsiz şəraitə qədər isinəcək.

Amerikalı alimlər fon Hornerin düsturuna son 30 ildə baş verən dəyişiklikləri nəzərə alaraq yeni əhəmiyyət qazandırıblar. Məlum olub ki, Qiyamət 2300-2400-cü ildən tez baş verməyəcək. Səbəb isə qlobal istilər və planetin insan fəaliyyətinə görə isinməsi olacaq.

XXI əsr

1972-ci ildə Romadakı intellektual, alim, futuroloqların ittifaqı sivilizasiyanın inkişafının sərhədləri barədə hesabat təqdim etdi. Müəlliflər əhali artımı, sənaye, bərpa olunmayan təbii ehtiyatların istifadəsi, ekologiyanın korlanması kimi məsələləri nəzərdən keçirərək bildiriblər ki, XXI əsr Qiyamət əsri olacaq. Əgər fəaliyyətləri, siyasəti və texnoloji inkişafı dəyişsək, bəşəriyyətin məhvinin qarşısını ala bilərik.

1980-ci illərin əvvəlində bir neçə riyaziyyatçı bəyan etdi ki, bəşəriyyətin mövcud olduğu vaxtı bilərək gələcəkdən xəbər vermək olar. Bu, dünyanın sonu teoremi adlanır.

Riyaziyyatçıların fikrinə əsasən, əgər biz təsadüfən hansısa prosesi müşahidə etmək qərarına gəliriksə, bunu ortada edirik, prosesin əvvəlində və sonunda etmirik. Deməli, bizim sivilizasiya yolunun ortasındadır və ola bilər ki, bir neçə yüz il və hətta bir neçə min il ehtiyat vaxtımız var...скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 444 22.02.19 21:43