Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:53 Azərbaycan nefti kəskin ucuzlaşdı | 11:46 Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib - FOTO | 11:45 "Lexus"un yeddi min avtomobili geri çağırılır | 11:42 Bakıda gölün bəndi yarıldı: Evlər su altında qaldı - VİDEO | 11:40 İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib - FOTO | 11:33 Rus bölməsində dövlət hesabına təhsilə etiraz edən deputat: "Özləri ödəsinlər" | 23:02 Varlı Həyatdan qadın və kişi meyiti tapıldı | 22:58 2027-ci ildə bu 5 bürcün həyatı dəyişəcək: Sevgi, böyük fürsətlər və... | 22:50 Bu şəxslərin kredit borcu silinir | 22:45 Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi | 22:42 Məşhur aparıcı “Xəzər TV”dən ayrıldı | 22:37 Kriptovalyutalar ucuzlaşır: Sərmayə qoymaq sərfəlidir? | 22:30 Mədəsi tamamilə götürülüb, əlilliyi ləğv edilib - Vətəndaşdan ŞİKAYƏT | 22:18 Bakıda təcili yardım maşınında yük daşınır - VİDEO | 22:10 1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi | 22:05 Alimlər dünyanın ən gözəl qadın adını müəyyənləşdirdi - İllərdir populyarlığını qoruyur | 22:02 Novxanıda avtobus yolunu dəyişdi - Sərnişinlər dəniz mənzərəsi ilə getdi (VİDEO) | 21:51 Ermənistanda böyük korrupsiya: Vəzifəli şəxslər həbs edildilər | 21:51 COP31-in sədri Azərbaycan pavilyonunu ziyarət etdi - FOTO | 21:47 Gəncədə 42 yaşlı kişi 4-cü mərtəbədən yıxılıb |
Mojo.az Avto
Mojo.az Avto

Lombard sahibi 200 min manat pulu mənimsədi - MƏHKƏMƏ

16.01.2019 23:20 2 954
Lombard sahibi 200 min manat pulu mənimsədi - MƏHKƏMƏ
Tanınmış lombard sahibi olan qadın cəzasının azaldıması üçün Ali Məhkəməyə müraciət edib.

Median.az
ölkə.az-a istinadən bildirir ki, cinayət məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunan İsmayılova Dürrə Təvəkkül qızının məhkəmə prosesi yanvar ayının 19-da hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçiriləcək.

Cinayət işində 32 nəfər zərəçəkmiş qismində tanınıb. Xatırladaq ki, 2018-ci ilin aprel ayında Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1975-ci il təvəllüdlü Dürrə Təvəkkül qızı İsmayılova 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalından həbs edilib. Dürrə İsmayılova Rəşad adlı tanışı tərəfindən aldadıldığını deyir. Belə ki, Dürrə İsmayılova Rəşad adlı şəxsin lombardını işlətmək üçün götürüb. Rəşad adlı şəxs müştərilərdən götürdüyü qızılları Dürrə İsmayılovaya təhvil verib. Bundan sonra da uzun müddət lombardı işlədib. Amma indi Dürrə İsmayılova deyir ki, Rəşad adlı şəxsin götürdüyü qızıllara görə məsuliyyət daşımır. Zərərçəkmişlər isə bildirir ki, Dürrə İsmayılova Rəşaddan qızılları alarkən razılıq əldə ediblər və uzun müddət də faizi ona ödəyiblər. Dürrə İsmayılova məhkəmədə söyləyib ki, Rəşad adlı şəxs ona qızılları qaytarmadığı üçün zərərçəkmişlərə ziyanı ödəyə bilmir.

Qeyd edək ki, Dürrə İsmayılova Xətai rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Lakin onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmiş və ev dustaqlığına buraxılmışdı. Bildirək ki, D.İsmayılova Xətai rayonu ərazisində lombard işlədib. O, xeyli sayda vətəndaşın girov qoyduğu əmlakları mənimsəyib. Zərərçəkmişlərin ümumilikdə 200 min manatdan çox ziyan gördüyü bildirilir.

Son xəbərlər