Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:32 Süni intellekt 2030-cu ilədək dünya iqtisadiyyatına 22,3 trilyon dollar qazandıracaq | 21:25 Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI | 21:20 Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir? | 21:11 Kirayə mənzil götürənlər evlərini başqalarına verə bilərlər? | 21:06 Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq | 20:54 Pensiyaların nə qədər artacağı bəlli oldu | 20:48 Arıqlama iynələri sizi tez qocaldacaq | 20:41 Azərbaycanda bu internetin aylıq qiyməti 2 min manat olacaq | 20:36 Röyanın 90 yaşlı fanatının sevgisi - VİDEO | 20:27 Bakıda X5 klinikaya çırpıldı | 20:22 Sosial şəbəkələrdə diqqət yarışı: İnsanlar nəyə möhtacdır? | 20:14 Qonşusuna kömək edirdi, faciəvi şəkildə öldü | 20:09 Alimlərdən xəbərdarlıq: Bu qidalar xərçəng riskini artırır | 20:03 Bakıda 12 yaşlı uşağın taleyi ilə bağlı qərar – Ana aliment ödəyəcək | 19:55 Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi mexanizmi müəyyənləşib | 19:50 Kirayə, ərzaq, kommunal: 1000 manat maaşla pul yığmağın yolları | 19:42 10 059 ədəd bioloji aktiv qida məhsulu məhv edilib | 19:37 Bayram günlərində avtovağzallar gücləndirilmiş rejimdə çalışacaq | 19:30 Birinci kurs tələbəsi vəfat etdi | 19:26 Yeni qaydalar kredit almağı çətinləşdirəcək: Ən çox kimlər təsirlənəcək? |
Mojo.az Avto
Mojo.az Avto

Yol Polisindən sürücülərə təcili xəbərdarlıq: 3 ildən az təcrübəsi olanlar sürməsinlər

16.01.2019 22:14 2 099
Yol Polisindən sürücülərə təcili xəbərdarlıq: 3 ildən az təcrübəsi olanlar sürməsinlər
3 ildən az sürücülük təcrübəsi olanlar sabah sükan arxasına oturmasın. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabahdan başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi də sürücülərə xəbərdarlıq edib və bəzi tövsiyələri diqqətə çatdırırb. İdarənin şöbə rəisi, polkovnik-leytenant Rüfət Quliyev sürücülərin nəzərinə çatdırır ki, yollarda meydana gələ biləcək yol qəzaları və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə nəqliyyat vasitələrini idarə edərkən diqqətli olsunlar və avtomobillərin texniki sazlığına əməl etsinlər. Bundan əlavə, DYP xüsusilə, təkərlərin mövsümə uyğunluğunu təmin etməyi, hərəkət zamanı hava şəraitini düzgün qiymətləndirməyi tövsiyə edir.

Polis polkovnik-leytenantı onu da qeyd edib ki, bəzi yolların buz bağlama ehtimalının nəzərə alaraq, qış mövsümünə uyğun şinlərlə təchiz edilməmiş, eləcə də istismar müddəti çox olan, "ABS” tormoz sistemləri ilə təchiz olunmayan köhnə avtomobillərdən mümkün qədər az istifadə etmək lazımdır: "Sürücülərə tövsiyyə edirik ki, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçsinlər, zərurət olmadan ötmə əməliyyatı aparmasınlar, qəfil manevrlər və kəskin tormazlama etməsinlər”.Rüfət Quliyev sürücülərə xatırladır ki, mexaniki nəqliyyat vasitələrinin sürücüləri yola çıxmazdan əvvəl avtomobilin üzərindəki qar yığınını, ban şüşələrini təmizləməli, şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalı, mühərrikin soyuducu sisteminin və şüşəyuyanın donmayan mayelərlə, bunlardan əlavə avtomobillərin zəncir və dartı kəndiri ilə də təchiz olunmasını təmin etməlidirlər.Sonda şöbə rəisi bildirib ki, qarlı, buzlu yollarda nəqliyyat vasitələrini idarə etmə vərdişləri, eləcə də ümumi sürücülük təcrübəsi 3 ildən az olan sürücülərin belə hava şəraitində avtomobil idarə etmələrinin onların özləri və digər hərəkət iştirakçılarının həyat və sağlımlığı üçün təhlükə yaratma ehtimalının yüksək olması nəzərə alınaraq, qeyd olunan hava şəraitində həmin sürücülərin sükan arxasına əyləşməmələri xahiş olunur.//qaynarinfo.az

Son xəbərlər