“Qarabağ” millidən uzaqlaşdırılmış məşqçini komandaya götürdü » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:34 Braziliyada güclü daşqınlar nəticəsində ölənlərin sayı artıb  |     11:33 Hansı sahələrə investisiya yatırmaq daha sərfəlidir? - VİDEO  |     11:32 “Qalatasaray”ın böyük sərmayə qoyduğu oyunçu geri qayıdır  |     11:31 Qarabağın elektron xəritəsi hazırlanıb - VİDEO  |     11:30 “Togg” Avropa bazarına çıxır  |     11:28 İcbari tibbi sığortada YENİLİK: Bəzi müayinələr pulsuz olacaq - VİDEO  |     11:26 İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO  |     11:16 Bəzi məhsulların idxalı və satışı ƏDV-dən azad edilib - QƏRAR  |     22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |    

“Qarabağ” millidən uzaqlaşdırılmış məşqçini komandaya götürdü

“Qarabağ”ın əvəzedici komandasına yeni məşqçi təyin olunub.

AFFA-nın 18 yaşadək millimizdə müqaviləsini uzatmadığı Azər Məmmədov bu komandada baş məşqçi olacaq.

“Qarabağ”ın sabiq mərkəz müdafiəçisi olmuş Azər Məmmədovun köməkçiləri də bilinir. Bunlar Aleksandr Qross və Muarem Zəkirdir.

Makedoniya türkü olan 45 yaşlı Zəkir qapıçı məşqçisi funksiyasını yerinə yetirəcək. O əvvəllər “Bakı” klubunda on ilə yaxın çalışıb və son vaxtlar “Qarabağ” akademiyasında fəaliyyət göstərirdi.

Qeyd edək ki, I divizionda iyirmi xalla səkkizinci yerdə gedən “Qarabağ”ın əvəzedici komandasını bugünədək U-21 millimizdə Rəşad Sadıqovun köməkçisi də olmuş makedoniyalı Borçe Xristov çalışdırırdı. Bundan sonra Xristov “Qarabağ” Akedemiyasının rəhbəri olacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 171 15.01.19 12:16