Azərbaycanda “quş qripi” ilə bağlı monitorinq başlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:25 Minimum əməkhaqqı nə qədər arta bilər? - AÇIQLAMA  |     12:24 Oğuzda 14 kəndin internet təminatı kəsildi - SƏBƏB  |     12:02 Çörəyin içərisindən taxta parçası ÇIXDI: Zavod CƏZALANDIRILDI - RƏSMİ  |     12:00 Göyçayda sel: Çay yatağı zibillə dolub-daşdı - VİDEO  |     11:59 Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK  |     11:57 Təhsil kreditləri alanların siyahısı genişləndirildi - YENİLİK  |     11:55 Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı QƏRAR  |     11:54 Maştağada əvvəllər məhkum olunmuş kişi özünü asdı  |     11:53 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:52 Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlanıb  |     11:50 Azərbaycan nefti ucuzlaşıb  |     11:49 Narkotik qəbul edib maşın sürdü, həbs olundu  |     11:48 Nərimanov rayonunda avtomobillər toqquşub, yaralanan var  |     11:46 Xətai rayonunda gənc oğlanı avtomobil vurub  |     11:42 İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır  |     11:37 Olivye Jiru “Milan”la bağlı qərarını AÇIQLADI  |     11:36 Rusiyada yeni qadağa: Vakansiya elanındakı bir qeyd cinayət məsuliyyətinə səbəb ola bilər  |     11:35 Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ  |     11:34 Braziliyada güclü daşqınlar nəticəsində ölənlərin sayı artıb  |     11:33 Hansı sahələrə investisiya yatırmaq daha sərfəlidir? - VİDEO  |    

Azərbaycanda “quş qripi” ilə bağlı monitorinq başlayıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) “quş qripi” xəstəliyi ilə bağlı yenidən monitorinq keçirməyə başlayıb.

Bu barədə DBX-dən bildirilib.

Məlumata görə, milli qoruq və parklarda, quşçuluq və fərdi təsərrüfatlarda aparılan monitorinqə bu gün start verilib. Monitorinq Qida Təhlükəsizliyi Agentliyinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə keçirilir.

Artıq Pirallahı adasındakı Abşeron Milli Parkından səkkiz baş seçmə üsulla ovlanmış köçəri quşlardan patoloji material, həmçinin, Abşeron rayonundakı şəxsi və quşçuluq təsərrüfatlarında saxlanılan 50 baş ev quşundan qan nümunələri götürülüb.

Köçəri quşlar üzrə monitorinq aparılan ərazidə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməyib, eləcə də, təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı iti yoluxucu infeksion xəstəliyə rast gəlinməyib.

Götürülmüş materiallar Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyətə açıqlanacaq.

DBX bəyan edib ki, hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub-saxlamaq üçün aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            905 14.01.19 16:42