Qurban Qurbanov acı məğlubiyyətdən danışdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:50 Daşkəsəndə ev yanıb  |     20:46 Britaniya səfirliyi Gürcüstan vətəndaşlarına viza verilməsini dayandırıb  |     20:28 Göyçay-Ucar yolunda qəza olub, xəsarət alan var  |     20:21 Həbsdə olan vəkil Sümbülə Əliyeva hakimə etiraz edib  |     20:13 Zaqatalada 32 yaşlı kişi intihar edib  |     20:07 "Formula 1" pilotu filmə çəkiləcək  |     19:59 Ukraynada Rusiyaya məxsus helikopter vurulub  |     19:52 "Qarabağ"ın mükafatlandırılacağı stadion bəlli olub  |     19:41 Bu il 46 uşaq övladlığa verilib, 58 uşaq ailələrinə qaytarılıb  |     18:34 Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək  |     18:26 Polşa Belarusla sərhəddəki polad hasarı möhkəmləndirir  |     18:12 Bölgələrdə istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Evlərin kirayə qiymətləri artıb - VİDEO  |     18:01 Nəsibə Zeynalovanın heç yerdə yayımlanmayan şəkilləri - FOTO  |     17:49 İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildi  |     17:43 Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO  |     17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |    

Qurban Qurbanov acı məğlubiyyətdən danışdı

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov Kosovoya böyük hesablı məğlubiyyəti şərh edib.

Baş məşqçi ilk növbədə Kosovo millisini qələbə münasibətilə təbrik edib:

“Mən rəqibin güclü olduğunu bilirdim. Buraya qələbə üçün gəlmişdik. İlk dəqiqələrdə buraxdığımız qol futbolçular üçün zərbə oldu”, - Q.Qurbanov bildirib.

Baş məşqçi qeyd edib ki, futbolçuları tənqid etmək fikri yoxdur.

“Biz birlikdə çətin yol keçmişik. Hamı qələbə istəyirdi. Lakin bu gün biz rəqibin əsl gücünü gördük. Məğlubiyyəti heç nə ilə bağlamaq istəmirəm. Kosovo bizdən güclü idi. Ustalıq səviyyəsi və digər komponentlərdə geri qaldıq. Yorğunluq və psixoloji sıxıntı həmişə olur”, - deyə o bildirib.

Azərbaycan millisinin gələcəyindən danışan Q.Qurbanov qeyd edib ki, ölkə çempionatını və oyunçuların potensialını gücləndirmək lazımdır:

“İndi bizi nə gözlədiyini demək çətindir. Bu suala bir müddət sonra cavab vermək mümkün olacaq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 725 21.11.18 12:03