Bakıda köhnə tikilidə insan skeleti tapıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 2030-cu ilə qədər texnoloji lider olacaq şəhərlər açıqlandı  |     22:53 Üç boksçumuz Dünya kubokunda bürünc medal qazanıb  |     22:49 Vətən müharibəsi iştirakçısı vəfat etdi  |     22:38 Leyla Əfəndiyeva müğənni Albina Pyakşevanın sağ olduğunu açıqladı  |     21:08 "Formula-1" Britaniya Qran-prisinin təsnifat mərhələsinin sıralama turunun qalibi bəlli oldu  |     21:00 Türkiyədə məşhur jurnalist saxlanıldı  |     20:46 "Kəpəz" portuqaliyalı müdafiəçi transfer etdi  |     20:38 Məktəbəhazırlıq təhsili məcburi ola bilər? - RƏSMİ AÇIQLAMA  |     20:33 Türkiyədə zəlzələ olub  |     20:25 Külli miqdarda vəsaiti ölkədən çıxaran şirkət cərimələnib  |     20:20 NASA əlverişli yaşayış temperaturuna malik yeni planet kəşf edib  |     20:11 Məktəbəqədər təhsildən kənarda qalan uşaqlar üçün hansı tədbirlər görülür?  |     20:04 Naxçıvandan Bakıya müalicəyə gələnlərin sayı azalıb - Nazir  |     19:58 Britaniyada yeni koronavirus ştammı yayılıb  |     19:52 Avronun bahalaşması Azərbaycanda qiymət artımına səbəb olur - VİDEO  |     19:44 Narkozdan komaya düşən Ucar sakini 81 gün sonra ölüb  |     19:32 İsrail ordusu "Hizbullah"ın xüsusi təyinatlı hərbiçisini məhv etdi  |     19:24 Serbiya DİN: İcazəsiz etiraz aksiyalarında 107 nəfər saxlanılıb  |     19:09 TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı  |     18:51 Beyləqanda kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı  |    

Bakıda köhnə tikilidə insan skeleti tapıldı

Bakıda fəhlələr köhnə qanunsuz tikilini sökərkən insan sümüklərini aşkar ediblər.

Median.Az
xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilir ki, fəhlələr Şüvəlan qəsəbəsində köhnə tikilini sökməyə hazırlaşarkən, içəridə insan skeletinə rast gəliblər. Patoloqoanatomlar skeletə baxış keçirən zaman məlum olub ki, sümükləri aşkar olunan insan təxminən 3 ay əvvəl ölüb.

Məlumat bazasını araşdırarkən məlum olub ki, bu ilin iyul ayında Mərdəkan qəsəbəsi sakini, 1931-ci il təvəllüdlü Ağabala Şərifov itkin düşüb. Məlumatlar tutuşdurulan zaman skeletin məhz Şərifova aid olduğu təsdiqini tapıb.

Hazırda yaşlı kişinin ölüm səbəbi araşdırılır. İstintaq 87 yaşlı Mərdəkan sakininin Şüvəlandakı köhnə tikiliyə niyə və necə gəldiyini müəyyən etməyə çalışır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            6 087 16.10.18 11:31