Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Hacıbala Abutalıbov: "Badamdarda sürüşmə zonasındakı 11 ev söküləcək"

15.10.2018 15:58 2 838
Hacıbala Abutalıbov:
"Bakının Badamdar qəsəbəsində sürüşmə baş verən ərazinin yuxarı hissəsində yerləşən 11 evin sökülməsi vacibdir".

Median.Az
Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Hacıbala Abutalıbov deyib.

Baş nazirin müavininin sözlərinə görə, ərazidə araşdırma aparmaq məqsədilə Bakıya gələn yaponiyalı mütəxəssislər bu qənaətə gəliblər:

"Yapon mütəxəssislər əraziyə baxış keçirəndən sonra bu qənaətə gəlib. Çünki evlər sökülməlidir ki, ağırlıq müəyyən qədər azalsın. Həmin evlərin hamısı köçürülməlidir, amma indiki mərhələdə yox. Sürüşmədə gərginlik azalandan sonra həmin evlərin köçürülməsinə başlana bilər. İndiki vaxtda ora hər hansı bir müdaxilə qəbuledilməzdir. Biz gözləməliyik ki, gərginlik müəyyən qədər azalsın".

H.Abutalıbov bildirib ki, hazırda ərazidə gərginlik davam edir: "Sürüşmədə hərəkət var. Həmin 11 evin divarlarında 1 saat əvvəl çatlar əmələ gəlib. Yəni hər saat dəyişiklik var. Yapon mütəxəssislər məsləhət bilir ki, bu sahə mütləq geniş öyrənilməlidir. Yəni həmin sürüşmə baş verən 200 metrdən 500 metrə qədər ərazi geniş öyrəniləndən sonra hansısa bir nəticəyə gəlmək olar. Biz ilkin olaraq belə qənaətə gəldik ki, bütün quyuların suları mütləq analiz edilsin. Bunun üçün Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinə, "Azərsu" ASC-yə göstəriş vermişik. Analizlər sabaha qədər hazır olacaq və yapon mütəxəssislərə təqdim olunacaq".

Son xəbərlər