Mojo.az Banner
22:38 Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı  |     22:31 Rusiyadan Ermənistana Azərbaycandan keçməklə buğda və propan göndəriləcək  |     22:26 Semyon Slepakov qiyabi məhkum edildi: Cəzası açıqlandı  |     22:10 İnsanlar 100 yaşdan sonra niyə xərçəngə daha az tutulur? - Alimlər gözlənilməz cavab  |     22:04 Gəncədə boğularaq öldürülən qadının (Fotosu)  |     21:56 Uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı sorğunun nəticələri açıqlandı  |     21:50 Terri Day­son vəfat edib  |     21:43 Azərbaycan millisi Andorra ilə qarşılaşacaq  |     21:36 Bakıda dəmiryolu stansiyasının yaxınlığında çürümüş meyit TAPILDI  |     21:27 Ərzaq bazarlarında təhlükəsiz qida təminatı üçün nələrə əməl olunmalıdır? - VİDEO  |     21:18 Türkiyədə mədəndə uçqun baş verib, ölən və yaralananlar var  |     21:08 Bağlanan universitetin tələbələrinin aqibəti necə olacaq? - AÇIQLAMA  |     21:07 Heyvan satışı bazarının fəaliyyətinə icazə verildi - VİDEO  |     20:59 Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 81 min manatdan çox ziyan vurulub  |     20:51 Krivoy Roqa dron hücumu: 6 ölü, 91 yaralı  |     20:48 Gəncədə 65 yaşlı kişi qətlə yetirildi  |     20:40 Bu rayonlarda subartezian quyuları təmir ediləcək - SİYAHI  |     20:39 Yunanıstan Azərbaycandan neft idxalını artırıb  |     20:28 TƏBİB-dən uşaqların peyvəndlənməsi ilə bağlı AÇIQLAMA  |     20:23 Bu şəhər yeni Dubaya çevrilə bilər: Dəbdəbəli istirahəti harada axtarmaq olar?  |    
Left Banner
Right Banner

Ölkəyə qanunsuz yolla 240 mobil telefon keçirmək istədilər - FOTO

15.10.2018 12:17 2 503
Ölkəyə qanunsuz yolla 240 mobil telefon keçirmək istədilər - FOTO
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Jalə Alməmmədovanın idarə etdiyi “Toyoto Prado” markalı avtomobil saxlanılıb.

DGK-dan verilən məlumata görə, Azərbaycan vətəndaşına məxsus nəqliyyat vasitəsinə gömrük baxışı keçirilməzdən öncə, J.Alməmmədova üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı “Toyoto Prado” markalı avtomobilin ön tarpedasının içindən və yük yerinin qapısının örtüyünün altından 20 ədəd üzərində “X-inova 360” yazısı olan, 24 ədəd üzərində “X-inova T210” yazısı olan, beş ədəd üzərində “X-inova 216” yazısı olan, 23 ədəd üzərində “ETEL-E6” yazısı olan, 21 ədəd üzərində “D-Horse” yazısı olan, 20 ədəd üzərində “Kgtel” yazısı olan, doqquz ədəd üzərində “odscn “X2-O2” yazısı olan, 15 ədəd üzərində “Etel-e1” yazısı olan, 15 ədəd üzərində “Rivoco-V6” yazısı olan, 15 ədəd üzərində “Rise-D600” yazısı olan, 15 ədəd üzərində “Rise-T10” yazısı olan, dörd ədəd üzərində “Kibosun” yazısı olan, 15 ədəd üzərində “B-oker” yazısı olan, dörd ədəd üzərində “odscn 6700”yazısı olan, altı ədəd üzərində “Kgtel-K349” yazısı olan, 21 ədəd üzərində “X-inova 1207T” yazısı olan, bir ədəd üzərində “ETEL-E10” yazısı olan, altı ədəd üzərində “X-PO-X6” yazısı olan, bir ədəd üzərində “kufly-k 2000” yazısı olan, ümumilikdə 240 ədəd mobil telefon və iki ədəd telefon qutusu aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.






скачать dle 11.3
Mojo.az Banner