Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Maştağada arvadını öldürən 62 yaşlı kişiyə prokuror cəza istəyib

12.10.2018 18:26 3 988
Maştağada arvadını öldürən 62 yaşlı kişiyə prokuror cəza istəyib
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Zamin Rəsulovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Median.Az
xəbər verir ki, bu il martın 29-da Maştağa qəsəbəsində yaşayan 62 yaşlı Zamin Rəsulov ailə münaqişəsi zəminində arvadı, 60 yaşlı Natəvanı bıçaqla qətlə yetirib. Həmin gün Sabunçu RPİ 14-cü polis bölməsinin əməkdaşları tərəfindən Z.Rəsulov saxlanılıb. Məlumata görə, yaşlı kişi həyat yoldaşına mətbəx bıçağı ilə 13 zərbə endirib.

Belə ki, əvvəllər bir neçə dəfə infarkt keçirmiş Zamin Rəsulov bir müddət əvvəl iflic olub və xəstəxanaya yerləşdirilib. Müalicə prosesindən sonra qızı və həyat yoldaşı onu xəstəxanadan çıxararaq evə gətirib. Evə gəldikdən sonra aralarında mübahisə yaranıb, buna görə Rəsulov əsəbi halda iri mətbəx bıçağını götürərək, qadına hücum edib və onu öldürüb. Qızı atasının törətdiyi əmələ mane ola bilməyib, təcili yardım çağırsa da, artıq gec olub.

Bu gün keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edərək, Zamin Rəsulovun səhhətində problem olduğunu və hadisəni törədərkən xəstə olduğunu bildirib. O xahiş edib ki, təqsirləndirilən şəxs tibbi ekspertizadan keçirilsin.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra məhkəmə istintaqının başa çatdığı elan olunub.

Dövlət ittihamçısı Z.Rəsulova 18 il cəza təyin edilməsini xahiş edib.

Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışına hazır olmadığını söyləyərək məhkəmədən vaxt istəyib

Növbəti proses ayın 19-na təyin edilib.

Son xəbərlər