Müəllimələrilə saçyolduya çıxan məktəb direktoru işdən çıxdı – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:01 Nəsibə Zeynalovanın heç yerdə yayımlanmayan şəkilləri - FOTO  |     17:49 İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildi  |     17:43 Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO  |     17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |    

Müəllimələrilə saçyolduya çıxan məktəb direktoru işdən çıxdı – VİDEO

Dünən sosial şəbəkələrdə Ceyranbatan qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə baş verdiyi iddia olunan hadisənin videogörüntüsü yayılıb.

Median.Az
xəbər verir ki, videogörüntüdə məktəbdə bir qrup qadın arasında baş vermiş dava-dalaşın az qala saçyolduya çatdığı müşahidə edilir.

İddia olunur ki, həmin qadınlar arasında direktoru Leyla İsmayılova da olub və o, müəllimlərlə mübahisə edib.

Məktəbdən “modern.az” saytına bildiriblər ki, direktor Leyla İsmayılova bu gündən məktəbə gəlmir:

"Məktəbin direktoru dünənki hadisədən sonra ərizəsini yazıb və məktəbdən çıxıb. Hazırda onun yerinə heç bir təyinat yoxdur”.

Abşeron rayonu Ceyranbatan qəsəbəsindəki 2 saylı məktəbdə direktor və bir qrup müəllim arasında baş verən və valideynlərin də qoşulduğu mübahisəni telefonla qeydə alaraq görüntüləri sosial şəbəkələrdə paylaşıblar.

iddia edilir ki, məktəbin təxminən 10-a yaxın müəllimi Təhsil Nazirliyinin keçirdiyi diaqnostik qiymətləndirmədə keçid balını toplaya bilməyib. Buna görə də direktor Leyla İsmayılova onların dərs saatını azaldıb.

Dava ilə bağlı görüntülər yayılandan sonra Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri məktəbə gəliblər, direktor və narazı müəllimlərdən izahat alınıb.

Təhsil Nazirliyi hələlik məsələyə rəsmi münasibət bildirməyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 416 19.09.18 18:36