İcra başçısı ağaclara “kislota” tökülən əraziyə getdi – Video » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:50 Daşkəsəndə ev yanıb  |     20:46 Britaniya səfirliyi Gürcüstan vətəndaşlarına viza verilməsini dayandırıb  |     20:28 Göyçay-Ucar yolunda qəza olub, xəsarət alan var  |     20:21 Həbsdə olan vəkil Sümbülə Əliyeva hakimə etiraz edib  |     20:13 Zaqatalada 32 yaşlı kişi intihar edib  |     20:07 "Formula 1" pilotu filmə çəkiləcək  |     19:59 Ukraynada Rusiyaya məxsus helikopter vurulub  |     19:52 "Qarabağ"ın mükafatlandırılacağı stadion bəlli olub  |     19:41 Bu il 46 uşaq övladlığa verilib, 58 uşaq ailələrinə qaytarılıb  |     18:34 Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək  |     18:26 Polşa Belarusla sərhəddəki polad hasarı möhkəmləndirir  |     18:12 Bölgələrdə istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Evlərin kirayə qiymətləri artıb - VİDEO  |     18:01 Nəsibə Zeynalovanın heç yerdə yayımlanmayan şəkilləri - FOTO  |     17:49 İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildi  |     17:43 Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO  |     17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |    

İcra başçısı ağaclara “kislota” tökülən əraziyə getdi – Video

Yasamal Rayon İcra başçısı Əziz Əzizov ağacların dibinə kimyəvi maddə tökülən ərazidə olub.

Median.Az xəbər verir ki, bu barədə icra hakimiyyətindən “Qafqazinfo”ya bildirilib. Qeyd edilib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır:

“Məsələdən xəbərdar olan kimi icra başçımız dərhal ərazidə olub və tapşırıqlarını verib. Məsələylə bağlı lazımi tədbirlər görüləcək və səbəbkarlar mütləq cəzalandırılacaq. Bu, fərdi şəkildə törədilmiş bir hadisədir. Məsələylə bağlı İcra Hakimiyyətini qınamaq olmaz”.

Xatırladaq ki, dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yasamal rayonu, Şərifzadə küçəsi 130A ünvanında yaşıllıqların dibinə kimyəvi maddə tökülməsi ilə bağlı informasiya haqda açıqlama yayıb. Bildirilib ki, ərazidə olan müxtəlif cinsli 21 ədəd ağacın qurudulması məqsədilə dibinə mənşəyi məlum olmayan maddənin tökülməsi faktı aşkar edilib.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə ağacların qurudulması məqsədilə diblərinə “kislota” tökülməsi ilə bağlı videogörüntülər də paylaşılmışdı.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 951 24.07.18 17:07